Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyi - Rəfail TağızadəDünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın hər bir guşəsi maddi-mədəniyyət abidələri ilə zəngindir. Respublikamızın bir sıra bölgələrində aparılan genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində bir çox maddi-mədəniyyət nümunələri üzə çıxarılıb, bu da Azərbaycan tarixinin qədimliyini bir daha sübut edir. Bu abidələrin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq, həmçinin arxeologiya muzeyləri önəmli rol oynayır. Ölkəmizdə mədəniyyətin bütün sahələrinə göstərilən qayğı muzey işinin təşkili və bu sahədə yeni innovasiyaların tətbiq olunması baxımından da diqqət çəkir. Şamaxı rayonunun Dəmirçi kəndində inşa olunan Arxeologiya Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət etməklə özündə bu prinsipləri nümayiş etdirir.
Birmərtəbəli muzey binası açıq və qapalı ekspozisiya zallarından, iki yardımçı otaqdan ibarətdir. Buradakı açıq muzey xüsusilə diqqəti cəlb edir.
Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gədəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Kvadrat formasında olan qəbirlərin hamısının divarları çaydaşı və əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşlarla qapanıb. Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar arasında saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir. Daş qutu qəbirlərdə metal nümunələrə, o cümlədən silah və bıçaqlara, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinib. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin başı altındakı parça qalıqlarıdır. Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsi hesab olunur. Bir qəbirdə skeletin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və camaat arasında xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.
Muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur. Bu eksponatlar muzeyə gələn turistlərdə böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Muzey, həmçinin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq baxımından da mühüm əhəmiyyətə malikdir.

Rəfail TAĞIZADƏ

Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyi - Rəfail Tağızadə
Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyi - Rəfail Tağızadə
Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyi - Rəfail Tağızadə
Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyi - Rəfail Tağızadə
Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyi - Rəfail Tağızadə
Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyi - Rəfail Tağızadə
Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyi - Rəfail Tağızadə
Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyi - Rəfail Tağızadə

Son xəbərlər

Dünya Kubokunda iştirakçıların sayı artırıla bilər

Venesuelada zəlzələ qurbanlarının sayı 4490 nəfərə çatıb

PÜSTƏ RƏVAN : MƏNİ NEYLƏYİR - FOTO

TOVUZ DÖYÜŞLƏRİ 12 iyul 2020 - FOTO

Fransada üç atom elektrik stansiyası istilərə görə dayandırıldı

Britaniyanın məşhur nəşri Paşatəpədəki həmin tapıntıdan yazdı

AKADEMİK HÜSEYN ƏHMƏDOV VƏ NAXÇIVAN ELMİ - PEDAQOJİ MÜHİTİ

Ağ xalatın arxasındakı ürək - FOTOLAR

Kəlbəcərdə yeniyetmə çaya düşüb

Türkiyədə beşulduzlu hoteldə turistlər kütləvi zəhərləndi

UNEC-in tələbəsi dünyasını dəyişdi

Türkiyədən köçürlər

Gürcüstana səfər etmək istəyənlərin diqqətinə!

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

O da Burakın serialına çəkilir - FOTO

İnternet kabeli üstündə mübahisə qətllə nəticələndi

Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı

"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın

Azərbaycan millisinin futbolçusu karyerasını Latviyada davam etdirəcək

Qəbul imtahanında 12 nəfərdə mobil telefon aşkarlandı

Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb

Ot tayaları yandı, yük maşını yararsız hala düşdü - Fotolar

EYLƏYİRSƏN : EYLƏYİRSƏN - FOTO

İran ABŞ bazalarını atəşə tutdu

DÇ tarixində ilkə imza atdı

Boşanma uşağa necə deyilməlidir? – Psixoloqdan vacib TÖVSİYƏLƏR

"Dələduzluq halları azalacaq" - Kreditlərin verilməsi qaydasındakı dəyişikliklərin hansı faydaları olacaq?

Qətərin keçmiş əmiri vəfat etdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031