
Xəbərlər
13.07.2026, 02:00
PÜSTƏ RƏVAN : MƏNİ NEYLƏYİR - FOTO
Ömrümə günümə payız düşəndə,
Saçımda rəngini dəyişir tamam,
Bəzən bezikirik, ulu göylərdən,
Bu qədər,beləcə yaşayır insan.
Ölüm axtarırıq, sevgi öləndə,
Bu gün əlacım qalmır heç nəyə,
Bir onu bilirik, onu bilirik,
Biz doğulmuşuq,seçib-sevməyə.
Sanki sevgimizdə soyuyub bir az,
Ya da sevgimizin odu azalıb,
Ya tale aldadıb, payız gülü tək,
İstisi azalıb, üzü sozalıb.
Taleyim inciyib, küsüb bilmirəm,
Bu qədər dərd olmaz nədən bilmirəm,
Deyirlər danışsan dərdin azalar,
Bəs niyə çoxalır onu bilmirəm.
Püstə, sən şairsən, dərdə dözməli,
Sevgin də gözümə çox soyuq dəyir,
Sənin gülüşünə öyrənmişəm mən,
Məndən yüzü olsın, məni neyləyir.
Saçımda rəngini dəyişir tamam,
Bəzən bezikirik, ulu göylərdən,
Bu qədər,beləcə yaşayır insan.
Ölüm axtarırıq, sevgi öləndə,
Bu gün əlacım qalmır heç nəyə,
Bir onu bilirik, onu bilirik,
Biz doğulmuşuq,seçib-sevməyə.
Sanki sevgimizdə soyuyub bir az,
Ya da sevgimizin odu azalıb,
Ya tale aldadıb, payız gülü tək,
İstisi azalıb, üzü sozalıb.
Taleyim inciyib, küsüb bilmirəm,
Bu qədər dərd olmaz nədən bilmirəm,
Deyirlər danışsan dərdin azalar,
Bəs niyə çoxalır onu bilmirəm.
Püstə, sən şairsən, dərdə dözməli,
Sevgin də gözümə çox soyuq dəyir,
Sənin gülüşünə öyrənmişəm mən,
Məndən yüzü olsın, məni neyləyir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











