12 iyulda Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyini müşahidə etdi. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasının sübutu kimi göstərilir.

Döyüşlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayıb. Meydan TV-nin müxbiri Həbib Müntəzir artilleriya qurğularından Goranboy rayonu istiqamətində də istifadə edildiyini bildirsə də, bu məlumat rəsmi mənbələr tərəfindən öz təsdiqini tapmadı. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan dekabr ayında verdiyi açıqlamada Tovuz döyüşlərinin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində başladığını bildirib.
Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər yaralanıb. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki verib. Azərbaycan Ordusunun yaralı əsgərlərindən biri daha sonra aldığı yaralardan dünyasını dəyişib.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Azərbaycan tərəfinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Müdafiə Nazirliyi düşmənə qarşı cəza tədbirləri həyata keçirildiyini, qarşı tərəfin itkiləri barədə məlumatları gizlətdiyini qeyd edib.
12.07.2020
POLADA XƏBƏR VERİN
Azərbaycanın şəhid generalı
Polad Həşimovun əziz xatirəsinə…

Bir oğul doğulmuşdu,
Türkün qutsal boz qurdu.
General olacaqdı,
Qoruyacaqdı yurdu..
Halallıqla oxundu,
Beşiyində laylası.
Ana onu özünə
Bildi sipər, qalası.
Arzular qanadında,
Böyüdü, dərsə getdi,
Əlifbanı öyrənib,
Arzuya, kama yetdi.
Ürəyinin başına
Yazdı Vətən sözünü.
Yurdun azadlığına
O dikmişdi gözünü.
Dedi:-gərək can qoyam
Bu torpağın yolunda.
Sanıram Koroğlunun,
Qüvvəti var qolumda.
Həyata göz açandan,
Müharibə gördü O.
Düşməndən qisas hissin,
Öz canına hördü O.
Gördü Vətən torpağı
Düşmənin oylağında.
Otuz ildi tapdanır,
Yağının caynağında.
Dinclik tapa bilməzdi,
Xankəndini alınca.
Soyuq səngəri geydi,
Baş qoymadı balınca.
Özünü həsr etmişdi,
Bu torpağa, bu yerə.
Nolar, belə oğulu,
Tarix bir də yetirə!
Arzular ürək dağı,
Açmadı, önçə soldu.
Bu torpağın yolunda,
Oğullar qönçə soldu.
Tovuz döyüslərində,
Şəhid oldu aslanım.
Gözümdə şimşək çaxdı,
Qara geydi hər anım.
Vətən matəm saxladı,
O məğrur qartalına.
Bükdülər şəhidimi,
Bayrağımın alına.
Bu xəbərə eşidib
Yer də, göy də ağladı.
Xaçın çay haray çəkdi,
Zəyəm qara bagladı.
Tovuz doyüslərində,
Hiylələrə tuş oldu.
Yandı Səməndər kimi,
Bir köçəri quş oldu.
Şəhid olsa da özü,
Müjdələr yetirirdi.
Sanki ölumü ilə,
Qələbə gətirirdi.
Murovdan Şuşayacan,
Oğullar səf düzüldü.
Yağıları qovdular,
Düşmən boynu üzüldü.
Şəhidlər bahasına,
Gecələrim oldu dan.
Əsirlikdə yurd yerim
Təmizləndi dığadan.
Cəbrayılım, Ağdamım,
Zəngilanım alındı.
Kəlbəcərin, Laçının,
Yerində yurd salındı.
Bir vaxt yağı əliylə
Tonqallanan Xocalım,
İgid oğullar deyir :
Düşmənimdən öc alım,
Xocalım!
Məşhur Suqovuşanda,
Nə yaman oldu qırğın!
Zaman gələcək, yağı,
Qurulucaqdı sorğun.
Qubadlını alınca,
Sevincim qanad açdı.
Şuşa yoluna Tanrı
Özü belə nur saçdı.
44 günlük savaşda,
Zəfər qazandı xalqım!
Şanlı qələbəsiylə,
Tarix yazandı xalqım!
Torpaq altda gör neçə,
Ruhlar nigaran yatır.
Gözlərim varağıma,
Narın yağışlar atır.
Əsarət və azadlıq...
Ax! Bu necə təzaddı?!
Polada xəbər verin,
Xan Şuşamız azaddı!

Əzizə Ağahüseynqızı
8 noyabr 2020 - çi il

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930