
Xəbərlər
12.07.2026, 12:34
EYLƏYİRSƏN : EYLƏYİRSƏN - FOTO

Keçəndə yanımdan naz eyləyirsən?
Eşitdim demisən gedərək küyə,
Guya etdiyini az eyləyirsən.
Qurtar bu işvəni, son qoy bu naza,
Razı ol qismətdə verilən aza.
Hikkənlə ömrümü verdim güdaza,
İndi də günümü daz eyləyirsən.
Hərdən acıyıram, bəzən gülürəm,
İnan, etdiyini əbəs bilirəm.
Düşünmə qısqanıb yada ölürəm,
Əksinə, kefimi saz eyləyirsən.
Gördüm sənin kimi öyünənləri,
Heç başa düşmədin deyilənləri.
Eşq üçün Elxas tək əyilənləri,
Sanma, dəyərini az eyləyirsən.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









