SÖZ   VƏ   İNSAN ... - FOTO

Gözəl şairimiz MƏHƏMMƏD YƏHYAYEVİN yaradıcılığına diqqət yetirdikdə bunun şahidi oldum...
"Həyat əsərləri, dərin müşahidənin nəticələrini açıqlayır.
Həyat əsərləri yazmaq, insanın mənəvi dünyasının ruhi-psixoloji aləmini tənzimləməyə yönəldir insanı.
Həyat əsərləri inşa etmək, həyat dərdlərinin dinamikasını sürətlə dəyişir..."

NƏSİB ABİD,
Filologiya elmləri namizədi.

Söz və insan.
Eşitdiyimə və bildiyimə görə söz insandan irəli yaranıb. Nə dərəcədə doğrudur və ya yanlışdır bunun mübahisəsini etməyəcəm.
Sadəcə, yaradıcı insan timsalında sözə və insana olan münasibətimdən söz açacam...
"Çağdaş şerimizin sənət-söz dünyasına rəng qatan şairlərimizdən biri MƏHƏMMƏD YƏHYAYEV /Göyçaylı/dır."

Bu fikirlərdə NƏSİB müəllimidir. Yəni istinadımda bu fikirlər ətrafındadır. Doğurdan da, NƏSİB müəllim doğru izah verir və xarakterizə edir...
Sözümün canı başqadı. Yəni, söz elə bir məhfumdur ki, onu istənilən yaradıcı insan və yaxudda başqa birisi yetərincə istifadə edə bilib. Sadə söz - hər birimizin danışıqda, ünsiyyətdə istifadə edə biləcəyimiz sözdü. Lakin, sadə sözlə elə bir möhtəşəm "qala" hörülə bilir ki, o qalaya istənilən artilleriya hücumu da, zərrəcə xəsarət yetrə bilmir. Bu, illərlə təhlilçilərimiz və tənqidçilərimiz tərəfindən sübut olunmuş faktdır.
Ancaq, MƏHƏMMƏD YƏHYAYEV yaradıcılığında sadə söz səltənətin yaratdığı möhtəşimliyə toxunmaq niyyətindəyəm.
SÖZ   VƏ   İNSAN ... - FOTO

Təsəvvür edin ki, göz oxşayan bir xalı qarşınızdadı. Bu xalıda istifadə edilən rəng (söz) hər birimizin sadə bildiyimiz rəngdir(sözdür). Amma, toxunuşu, rəng, ilmələr (istifadə edilən söz) elə möhtəşəm yerində istifadə edilib ki, o rəngin yaratdığı ruh gözəlliyi hamımızı valeh edib. Bizi düşündürüb, uzun müddət düşüncə rahatlığımızı təmin edib...
Müasir ədəbiyatimizın yazar şairlərimizdən sayılan MƏHƏMMƏD YƏHYAYEV yaradıcılığında məhz bu sadəliyin nümunəsini görürəm və deyə bilərəm ki, bu gün onun yaradıcılığına bir neçə şeiri üzərində fikirlərimi yazmaq niyyətindəyəm.
Bəlkə də inanmazsınız, illərdir ki, Məhəmməd bəylə fb də dostluq edirik. Onun, Göyçay rayonundadan olmasını NƏSİB müəllimin yazısında bilmişəm. Amma, fərq etməz. Qəlbimə yaradıcılığı ilə bir möhür salmış dəyərli fb dostumdur. Bu gün, bunun, düşüncələrimə heç bir təsiri olmayacağına tam əminəm və sizləri də əmin edirəm...
MƏHƏMMƏD YƏHYAYEVİN yaradıcılığı məni çoxdan ovsununa salıb. Çox sadə və səmimi yaradıcılığı var. Özüdə, sadə sözlərlə yarada biləcəyi möhtəşəmliklə ruhumda özünə yer edən şairlərimizdəndir. Onu, illərdi sevə-sevə izləyirəm. Lakin bu gün, onun son paylaşımında olan, - "OLMAYAYDI" şeiri ilə yuxarıda dediklərimə aydınlıq gətirmək niyyətindəyəm.
Şair, doğurdan da, çox sadə sözlə, necə deyərlər, çox sadə dillə, Tanrının var etdiyi bəndəsinin necə olmasını poetik dillə izahını verir.
Bəli, şair, insanın necə olmasını, bədii təsvir verdiyi "balıq" tək sürüşkən olmamasını deyir və arzu edir.
İnsan öz fikrində olaydı qəti,
Balıq tək,sürüşkən kaş olmayaydı.
Ürəkdə qalmaya arzu,niyyəti,
Hiyləyə,fitnəyə tuş olmayaydı.

Tanrının yaratdığı insanın, necə olmasını və olmaq lazım olmasınının poetik dillə ifadəsini şair çox gözəl və orjinal verir.
Fırıldaq gəlməyə yoldaşa,yoldaş,
Can deyə həmişə qardaşa,qardaş.
Sevinc könüllərdə quraydı bardaş,
Gözlərdən tökülən yaş olmayaydı.

Bəli, şair istəyindən doğan arzuya, oxucu olaraq dilimizdən bir "kaş" nidası qopur.
Evləri dağılsın ev yıxanların,
Könül bulandıran,qəlb sıxanların.
Böhtan atanların,şər yaxanların,
Günü,güzaranı xoş olmayaydı.

Amin, deyib şairin niyyətinə qoşulub, ruhən rahatlıq tapırıq.
Dağların başından çən sürünəydi
Hamı bir nəfər tək şən görünəydi
Dünyanın sərvəti tən bölünəydi,
Heç kimin cibləri boş olmayaydı.

Amma, Allahın bizə göndərdiyi Quranın da istəyi, qövüm olaraq bizə dilədiyi bir İlahi varlığın istəyidir ki, şair bunu poetik dillə çox gözəl çatdırır.
Varlı var qəpiklik dəyəri yoxdur,
Qorxur gölgəsindən"ciyəri"yoxdur.
Kasıbsan nə olar,zərəli yoxdur,
İnsanın ürəyi daş olmayaydı.

Şair, nə və ya kim olmasından asılı olmayaraq hər bir ilahi bəndəyə, Məhəmməd olaraq arzularını bildirir.
Köhnə xatirələr demə boyatdı,
Arzular insana qoldu,qanaddı.
Məhəmməd,bu həyat,bir cür həyatdı,
Ömrün baharında qış olmayaydı.

"Sözümün canı" - mənasına dönərək deyə bilərəm ki, çox sadə, hər an, hər saat eşitdiyimiz sözlərlə(rəngli ilmələrlə) elə möhtəşəm tablo yaradıb ki, doğurdan da, onu oxuduqca bu sadə, İlahi möhtəşəmliyi görməmək olmur.
Şairin, son vaxtlar, mötərizə içində" arxivdən" yazıb paylaşdığı, "ŞAHMAT OYUNU" şeirinə diqqət yetirsək görərik ki, dünyanın insanla bir oyun oynadığını sözlə tablosunu çəkir.
Şair qüdrətinin möhtəşəmliyi aşağıdakı bəndi də çox gözəl təsvir edilib.
Şahmat oynayırsan bizlə a dünya,
Əvvəlcə ürəyi şad eyləyirsən.
Gizlədin sirrini,gizlə a dünya,
Doğmanı- doğmaya yad eyləyirsən.

Nə qədər gözəl izah, nə qədər gözəl məntiq.
Yanan ocaqları külə döndərib,
Günləri,ayları ilə döndərib,
Kimini qorxulu"filə"döndərib,
Kimini çarəsiz"at"eyləyirsən.

Çox sadə, şahmat taxtası üzərində orjinal bir gediş. Şair dühasının, duyğusunun orjinal təsviri.
Yarımçıq oyunu qalıb əlindən,
Kimlərin bəxtini salıb əlindən?
Varını, yoxunu alıb əlindən,
İnsanı son anda mat eyləyirsən.

Dünyanın, öz gözlənilməz gedişi ilə insanın mat və pat etdiyi bir aydın məqam...
Qırıb talayırsan,diri qalmayır,
Piyada,nə atlı,biri qalmayır.
Ta Şahın getməyə,yeri qalmayır,
Tərpənə bilməyir,pat eyləyirsən.

Gözəl şairimiz MƏHƏMMƏD YƏHYAYEVİN yaradıcılığında, bu günə qədər bir məqamı özüm üçün təsdiqləmişəm. Şairimizin yaradıcılığında bir məqam məni həmişə sevindirib. Şair, eşitdiyi və ya eşitdiyimiz hər hansı bir rəvayətmizin təsvirini özünəməxsus şəkildə elə gözəl verə bilib ki, həmişə şairimizə bir oxucu kimi qibtə etmişəm...
Şairimiz bununla yanaşı narahatçılığını, narazılığını təmsil janrında da oxucusunu düşündürə bilib...
Şair yaradıcılığında təmsil, şair duyğusunun narahatçılıqlarının, heyvan üzərində obrazlı şəkildə ifadəsidir.
"TAMAH" təmsili, şairin qəlb duyğusunun narahatçılığının obrazlı formada ifadəsidir.
Çay bölürdü yarıya,
Nəyi varsa meşənin.
Oxşayırdı könlünü,
Burdan yolu düşənin.
Bir tərəfdə,düz yola,
Getməyirdi qonşular.
Danışmayır,ünsiyyət,
Etməyirdi qonşular.
Hər gün ova çıxanda,
Qırılırdı gümanı.
Baxışları kirpinin,
Qorxudurdu ilanı.
Yaşayırdı"birtəhər",
Qorxu,təlaş içində.
Çoxalırdı nifrəti,
Yavaş- yavaş içində.
Gəlməyirdi xoşuna,
Əməlləri kirpinin.
Yuxusuna girirdi,
Tikanları kürkünün.
Qonşusunun nəhayət,
İlan kəsdi yolunu.
"Nə var,nə yox"soruşdu,
Xəbər aldı halını.
Dedi:Yaman yoruldum,
Söz tapmıram deməyə.
Mən axşamdan gəzirəm,
Heçnə yoxdur yeməyə.
O tərəfdən gəldiyim,
Artıq iki həftədi.
Nə qədərdi böcəklər,
Orda hamı kefdədi.
Kirpi dedi:Bu axşam,
Mən də xeyli gəzmişəm.
Daha qonşu halım yox,
Yorulmuşam,bezmişəm.
Deyirəm ki,bu gündən,
Gəl mehriban dost olaq.
Gedək orda yaşayaq,
Yeyib,içək məst olaq.
İlan şirin danışıb,
Girdi mələk donuna.
Gətirdi öz"dostunu",
Bir körpünün yanına.
Cəhd eylədi keçməyə,
Köhnə,sınıq körpünü.
Yıxıldı birdən- birə,
Çay apardı kirpini.
Durub ilan kənarda,
Tərpənmirdi yerindən.
Gülümsədi,sevindi,
Nəfəs aldı dərindən.
İbrət götür ey insan,
Ayır agı qaradan.
Yaratdığı bəndəyə,
Şüur verib Yaradan.
Tamahını cilovla,
Yözma düzü tərsinə.
İnsan gərək heç zaman,
Qul olmasın nəfsinə.
Çalış,kənar, uzaq dur,
Hiylə,kələk,yalandan.
Bu həyatda heç kimə,
Dost olanmaz ilandan.

Bu təmsilin izahını verməməklə, dəyərli, müasir ədəbiyyatmızda imzasını təsdiq edən şairimiz Məhəmməd Yəhyayev yaradıcılığına burada nöqtə qoyib, şairimizə uca Yaradandan sağlam can sağlığı, uzun ömür, sevincli günlər və yaradıcılıq uğurları diləyirəm.
Allah qorusun sizi gözəl insan deyib, uğurlar diləyirəm...
P. S. Yuxarıda, yazının girişində, gözəl ustadımız, söz, sənət keşiyində imkanı daxilində dura bilən pedaqoq, təhlilçi, tənqidçi alimimiz NƏSİB ABİDİN, şairimiz MƏHƏMMƏD YƏHYAYEV yaradıcılığına göstərdiyi münasibətdən irəli gələn yaradıcılığının ən doğru tərifdir. Odur ki, gözəl alimimizin yazdığına, düşüncələrimə söykənərək, gözəl şairmizin yaradıcılığına baxışımda, hamımıza məlum rənglərin, yəni sadə sözlərin yaratdığı gözəlliyi görməməzlikdən gəlməyə bilməzdim...
SÖZ   VƏ   İNSAN ... - FOTO

Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

“Bu, heç vaxt müzakirə olunmayacaq”

İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI

Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub

DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Bircə səndin mənim “həyat ağacım”...

TƏŞƏKKÜRNAMƏ

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş birgə tədbir keçirilib - FOTOLAR

Mərdəkanda dənizdə batan 4 gəncin FOTOSU

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930