Son illərdə bank xidmətlərinin rəqəmsallaşması ilə istehlak kreditlərinin bir neçə dəqiqə ərzində mobil tətbiq və ya internet bankçılığı vasitəsilə rəsmiləşdirilməsi adi hala çevrilib. Lakin bu rahatlıq kiberdələduzluq risklərini də artırıb. Vətəndaşların xəbəri olmadan onların adına kredit götürülməsi, bank məlumatlarının ələ keçirilməsi və onlayn maliyyə fırıldaqları ilə bağlı müraciətlərin artması fonunda Mərkəzi Bank məsafədən verilən istehlak kreditləri üzrə yeni təhlükəsizlik tələbləri müəyyənləşdirib. Oktyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, vətəndaşlar istədikləri halda öz adlarına məsafədən istehlak kreditinin rəsmiləşdirilməsinə məhdudiyyət qoya biləcəklər.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsi:

Dələduzluq halları azalacaq - Kreditlərin verilməsi qaydasındakı dəyişikliklərin hansı faydaları olacaq?
Banklar və bank olmayan kredit təşkilatları belə məhdudiyyətlərin olub-olmadığını həm öz informasiya sistemlərində, həm də Kredit Bürosunun bazasında yoxlamalı olacaqlar. Bundan əlavə, məsafədən rəsmiləşdirilən istehlak kreditləri üzrə vəsait dərhal deyil, məbləğdən asılı olaraq 2 saat və ya 24 saat sonra təqdim ediləcək. Məhdudiyyət tətbiq etmiş şəxsin adına məsafədən kredit rəsmiləşdirilməsinə cəhd olunduqda isə o, dərhal SMS və ya mobil tətbiq vasitəsilə məlumatlandırılacaq. Bəs bu yeniliklər praktikada nəyi dəyişəcək? Yeni qaydalar kredit alma prosesini çətinləşdirəcək, yoxsa sadəcə daha təhlükəsiz edəcək?
"Belə bir mexanizmin tətbiqi zəruri idi"


Bank eksperti Emin Kərimovun sözlərinə görə, məsafədən kreditləşmə qaydalarına edilən dəyişikliklər ilk növbədə bank sisteminə olan etimadın güclənməsinə və onlayn kreditləşmədə təhlükəsizliyin artırılmasına xidmət edir: "Son dövrlərdə vətəndaş müraciətlərinin əhəmiyyətli hissəsi məhz məsafədən rəsmiləşdirilən istehlak kreditləri ilə bağlı olub. Xüsusilə şəxsin xəbəri olmadan onun adına kredit rəsmiləşdirilməsi və ya bank kartlarından qanunsuz vəsait çıxarılması halları belə bir mexanizmin tətbiqini zəruri edib. Bu baxımdan, yeni tələblər vətəndaşların maliyyə təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addım hesab oluna bilər".

E.Kərimov bildirib ki, yeni qaydalara əsasən, məsafədən rəsmiləşdirilən kreditlər üzrə vəsait dərhal təqdim edilməyəcək: "Müəyyən edilmiş gözləmə müddəti vətəndaşa kredit əməliyyatından vaxtında xəbər tutmaq, şübhəli hal aşkar etdikdə banka müraciət etmək və zəruri tədbirlər görmək imkanı yaradır. Kredit alma mexanizmi mahiyyət etibarilə dəyişmir, sadəcə mövcud sistemə əlavə təhlükəsizlik elementi inteqrasiya olunur. Məqsəd vətəndaşların fərdi məlumatlarından qanunsuz istifadənin və kiberdələduzluq hallarının qarşısını almaqdır".


Ekspertin fikrincə, qərarın məhz indi qəbul olunması da təsadüfi deyil. Son illərdə telefon və internet üzərindən həyata keçirilən dələduzluq cəhdlərinin, şəxsi məlumatların ələ keçirilməsi və vətəndaşların adından kredit rəsmiləşdirilməsi ilə bağlı müraciətlərin artması əlavə təhlükəsizlik tədbirlərini zəruri edib: "Hesab edirəm ki, yeni qoruma mexanizmi kiberdələduzluq hallarının azalmasına müsbət təsir göstərəcək. Həm vətəndaşların, həm də bankların üzləşdiyi riskləri minimuma endirməyə kömək edəcək. Banklar üçün də ciddi əlavə maliyyə və ya texniki yük yaranacağını düşünmürəm. Çünki yeni tələblər tamamilə yeni infrastrukturun qurulmasını deyil, mövcud sistemin əlavə təhlükəsizlik mexanizmləri ilə təkmilləşdirilməsini nəzərdə tutur".

"Dələduzluq halları azalacaq"


Kredit mütəxəssisi İsmayıl Məmmədov isə düşünür ki, telefonunuz əlinizdə olduğu halda kiminsə sizi aldadaraq qısa müddətdə adınıza kredit rəsmiləşdirməsi mümkündür. Azərbaycan Mərkəzi Bankının məsafədən verilən istehlak kreditləri ilə bağlı yeni tələbləri də məhz bu riski azaltmağa hesablanıb: "Yeni qaydalara əsasən, hər bir vətəndaş banka yazılı müraciət etməklə öz adına internet bankçılığı, mobil tətbiq və digər onlayn kanallar vasitəsilə istehlak kreditinin rəsmiləşdirilməsinə məhdudiyyət qoya biləcək. Bu, bir növ vətəndaşın öz adına məsafədən kredit götürülməsinə "stop" qoyması deməkdir. Belə məhdudiyyət yalnız müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası əsasında aradan qaldırıla biləcək".

Dələduzluq halları azalacaq - Kreditlərin verilməsi qaydasındakı dəyişikliklərin hansı faydaları olacaq?
İ.Məmmədovun fikrincə, yeni tələblərin digər mühüm tərəfi kredit vəsaitinin dərhal təqdim edilməməsidir. İndiyədək məsafədən kredit təsdiqlənən kimi vəsait hesabda görünürdüsə, oktyabrın 1-dən etibarən minimum aylıq əməkhaqqının iki mislinədək olan kreditlər üzrə vəsait iki saat, daha yüksək məbləğlər üzrə isə 24 saat sonra təqdim ediləcək: "Bu gözləmə müddəti vətəndaşa aldadıldığı halda vəziyyəti vaxtında qiymətləndirmək, banka müraciət etmək və mümkün zərərin qarşısını almaq imkanı yaradacaq".


Ekspert bildirib ki, banklar və bank olmayan kredit təşkilatları müştərinin məsafədən kreditə məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemlərində, həm də Kredit Bürosunun bazasında yoxlamalı olacaqlar: "Məhdudiyyət qüvvədə olduğu halda həmin şəxsin adına məsafədən kredit rəsmiləşdirilməsi və ya kredit limitinin artırılması mümkün olmayacaq. Belə şəxsin adına kredit rəsmiləşdirilməsinə cəhd edilərsə, bank onu dərhal SMS və ya mobil tətbiq vasitəsilə məlumatlandıracaq. Vətəndaş özü məsafədən kredit götürürsə, proses əvvəlki kimi davam edəcək, yalnız vəsait müəyyən gözləmə müddətindən sonra təqdim olunacaq. Bu mexanizmi avtomobildə təhlükəsizlik kəmərinə bənzətmək olar: hərəkəti məhdudlaşdırmır, sadəcə riski azaldır. Başqa sözlə, dövlət məsafədən kredit verilməsini qadağan etmir, bu xidməti həm müştərilər, həm də banklar üçün daha etibarlı etməyə çalışır".

Son xəbərlər

İran ABŞ bazalarını atəşə tutdu

DÇ tarixində ilkə imza atdı

Boşanma uşağa necə deyilməlidir? – Psixoloqdan vacib TÖVSİYƏLƏR

"Dələduzluq halları azalacaq" - Kreditlərin verilməsi qaydasındakı dəyişikliklərin hansı faydaları olacaq?

Qətərin keçmiş əmiri vəfat etdi

Bu gün imtahan var

Faktiki hava açıqlandı

RƏQƏMLƏRİN DİLİNİ ANLAYAN İNSAN - FOTOLAR

Olmalıydın, olmadın... (Hekayə)

Bu ölkədə insanlar aclıqdan həyatlarını itirirlər

Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar - FOTOLAR

Şəhla Xəlilqızı. : NƏYİMƏ GƏRƏKDİR - FOTO

44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Ələkbərov Niyaməddin İsrafil oğlunun 12 iyul mövlud günüdü - FOTO

Gənc aktyorun ürəyi dayandı

Hacı Kərimov Avropa çempionu oldu

"Aİ Finlandiyanı Rusiya ilə müharibəyə sürükləyir"

QƏLƏMİ VƏ ŞƏXSİYYƏTİ İLƏ SEÇİLƏN ZİYALI – MÜŞFİQ BORÇALI.

Şirvanın Sabir nəfəsli şairi

Tovuz döyüşlərindən 6 il ötür

Ana-bala birlikdə məzun oldu - Foto

Ağ xalatın arxasındakı ürək - FOTOLAR

Bir ildə 22 kilo arıqladı - Fotolar

Son istifadə tarixi və... Qida etiketləri arasında fərq nədir?

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!- VİDEO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031