“Rusiyanın Ermənistandakı bazaları Qarabağdakı müharibəyə qatılmayacaq”

"Rusiyanın Gümrüdə yerləşən bazası bu dövlətin NATO sərhədlərində mövcud olan hərbi təminatlarından biridir. Ona görə, şimal qonşumuz mütəmadi olaraq burada özünün silahlı qüvvələrini gücləndirir, yeni texnikalar yerləşdirir”.



Bu barədə Modern.az-a Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirməsinin pərdəarxası məqamlarını izah edərkən "Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, hərbijurnalist Rəşad Süleymanov danışıb. O qeyd edib ki, Rusiyanın tək Gümrüdə deyil, digər zonalarda yerləşən hərbi bazaları da daim yenilənir:



"Düşünürəm ki, bu bazanın gücləndirilməsinin Azərbaycana qarşı hər hansı bir təhlükəsi yoxdur. Hərbi baza Ermənistanı qorumaq məqsədi daşıyır. Azərbaycanın isə Ermənistana hər hansı ərazi iddiaları, torpaq əldə etmək fikri yoxdur. Biz sadəcə öz işğal olunmuş torpaqlarımızı geri qaytarmağa, ərazi bütövlüyümüzü təmin etməyə çalışırıq. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə düşünmürəm ki, Qarabağda savaş zamanı Rusiya hərbi bazaları istifadə ediləcək.



Bütün bunlara rəğmən Rusiya hərbi bazasının silahlanması zamanı köhnəlmiş texnikalar Ermənistan silahlı qüvvələrinə və Ermənistan-Rusiya birgə əməliyyat briqadasına verilir. Hətta 2006-cı ildən başlayaraq, hər il müəyyən sayda hərbi texnikanın Gümrü bazasından çıxarılaraq, Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verilməsinin şahidi oluruq. Bu proses birgə əməkdaşlıq, hərbi yardım proqramları çərçivəsində həyata keçirilir”.



Rusiyanın Gümrü bazasının gücləndirməsinin Azərbaycan-Türkiyə yaxınlaşmasına siyasi mesaj olduğu barədə iddialara gəlincə, R. Süleymanov bununla razılaşmayıb. O hesab edir ki, Rusiyanın Azərbaycan –Türkiyə hərbi birliyinə, birgə hərbi təlimlərinə cavab olaraq, Ermənistandakı hərbi bazasını gücləndirməsinin məntiqi əsası yoxdur:



"Çünki hər bir ölkə öz ordusunu, hərbi bazalarını gücləndirmək məqsədi güdür. Azərbaycanın isə hər hansı bir dövlətin hərbi yardımına ehtiyacı yoxdur”.

Son xəbərlər

İldırım ƏLİŞOĞLU : Arzu,ürək və biz - FOTO

Bazar gününə olan hava proqnozu açıqlanıb

Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn olunacaq - Yenilənib

Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Vahid ÇƏMƏNLİ : Əkbər müəllimin müharibə dəhşətlərini yazmaq həvəsi heç zaman onu tərk etməyib

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Sərnişin daşıyıcılarına veriləcək subsidiya ilə bağlı qərar

Hüseyn 6 il həbs oluna bilər

"Sığınacaq" izləyicilərinə pis xəbər

Quba filialının məzunu MİQ imtahanlarında Respublika birincisi oldu - FOTOLAR

Tanınmış araşdırmaçı-jurnalist Mehriban Əmrullayeva şöbə müdiri təyin olunub

Şərur sakini arvadını öldürdü

3-cü kurs tələbəsi vəfat etdi

1 avqust – Azərbaycan Əlifbası Günüdür

“Alya”nın ilk sevgisi o olacaq

Layiqdir ən uca hörmətə Zabit - FOTO

Xəlil Mirzə : Sadəcə, qələmim yazmağındadır - FOTO

ƏDƏBİ ÖDÜLLƏRİM...

İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı

İtaliya İspaniya ilə Şengen vizasını dayandırdı

Ronaldo evlənir?

“Onu tanımıram, “Ahbap”a heç vaxt ianə etməmişəm”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31