Şövkət Ələkbərova onu ayaq üstə alqışladı, Xan Şuşinskini heyran qoydu, onu aldadıb oxutdular - Xalq artisti haqqında bilmədiklərimiz...
Turaztv.az Kulis.az-a istinadən böyük sənətkar, Xalq artisti Yaqub Məmmədov haqqında on maraqlı faktı təqdim edir.

Yaqub Məmmədov Ağcabədi rayonunda anadan olub. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi hesab olunur. Onun səsini Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova kimi böyük sənətkarlar yüksək qiymətləndirib.

Məşhur "Mənsuriyyə"nin lent yazısını onu aldadıb yazdırıblar. Belə ki, çəkiliş zamanı həyəcanlandığından Habil Əliyev onu aldadıb ki, məşq üçün ifa edirik. Amma özü operatora göz vurub ki, çəkiliş etsinlər. Çəkilişin sonuna qədər o, Qızıl fond üçün oxuduğunu bilməyib.

***

Sonralar Xan Şuşinski Yaqubun məşhur "Mənsuriyyə"sinə heyranlığını gizlədə bilməyərək söyləmişdir:

"Yaqubun "Mənsuriyyə"si əsl sənət nümunəsidir".

***

Xanəndə-pedaqoq Nəriman Əliyev dövlət radiosunun qızıl fondunda saxlanılan verilişlərin birində bildirir ki, Ağa (Seyid Şuşinski) Yaqubu dinlədikdən sonra astaca söyləmişdir: "Çətin ki, analar səndən bir də doğar, Yaqub!".

Muğam xiridarı, çox tələbkar Əhməd Bakıxanov, muğam ifaçılığı tarixinə düşmüş mübahisələrin birində özünü saxlaya bilməyərək söyləmişdir: "Şüştəri" gərək Yaqub oxuyaydı!.."

***

Tarzən Vamiq Abdullayev xatirələrində qeyd edir: "Yaqub Məmmədov vara-pula yıxılan adam deyildi, çox gözütox, yumşaq adam idi. Onunla neçə il meydanlarda oldum, amma bir dəfə də olsun ondan "mən" sözü eşitmədim. Bəzən elə olurdu ki, kasıb insanlar Yaqubu toya aparmaq istəyirdilər, amma imkanları o qədər də çox olmurdu. Yaqub bunu biləndə mənə deyirdi ki, nə danışırsan, millətin hamısı bizimdir, gedək o toya. Və ən qəribəsi də odur ki, həmin kasıb toyu, varlı toyundan da yaxşı keçirdi.

Kamança ustası Habil Əliyevlə hələ uşaq yaşlarından bir yerdə çalıb oxuyarmışlar. Müharibə vaxtında onlar mahal-mahal gəzib konsert verir, qazandıqları pulla ailələrini həmin dövrdə aclıqdan xilas ediblər. Camaat da deyirmiş ki, bu iki qaraçı uşaq yaman yaxşı çalıb oxuyurlar.

***

Yaqub Məmmədov Ağcabədidə pambıq tarlasında suçu işləyərmiş. Suçu işləyə-işləyə muğam da oxuyur, işləyən adamlar əllərini soyudub onu dinləyiblər. Bir gün xəbər yayılır ki, Ağcabədinin mədəniyyət evinə Bakıdan komissiya gəlib, yaxşı səsi olanları qəbul edirlər. Yaquba deyirlər ki, sən də yaxşı oxuyursan, sən də get. Yaqub əvvəl getmək istəmir. Amma biləndə ki, Xan Şuşinski də gəlib həvəslənib gedir. Çünki Xan Şuşinskiyə radiodan çox qulaq asır və onun kimi oxuyurmuş.

Mədəniyyət evinə gəlir, orda Şövkət Ələkbərovanı da görür, amma onu tanımır. Səhnəyə çıxıb Xanın öz yolu ilə bir segah oxuyur, Xan Şuşinski başını tərpədir, amma heç nə demir. Şövkət Ələkbərova isə ayağa qalxıb onu alqışlayır, bir xeyli tərifləyir. Xanəndələr Bakıya qayıdır. Xanın onun ifası haqqında heç nə deməməsi, Yaquba toxunur. Bir müddət sonra flarmoniyanın bağında Xan Şuşinskinin başına toplaşan gənclər ona sual verirlər ki, Xan əmi, görəsən sənin kimi oxuyan bir də yer üzünə gələcək. Xan isə cavab verir:

"Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu tutub Bakıya gətirin".

Bakıya gələndən sonra xanəndə rus dilini bilmədiyi üçün operaya gedə bilmir, flarmoniyada işləyə bilmir. Ümumiyyətlə, rus dilini bilmədiyi üçün ilk illər Bakıda çox sıxılırmış. Çox sadəlöhv və avam adam olub. Bu səbəbdən də musiqi mühitində onun haqqında xeyli xoşməramlı lətifələr qoşulub.

***

Yaqub Məmmədov Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta Nardaranda onu doğulduğu Ağcabədidəki hərmyerlilərindən də çox istəyiblər. Nardaranda sözə və qəzəliyyata çox ciddi fikir veriblər, Yaqub Məmmədov da heç vaxt sözü düz oxuya bilmir, səhvlər edirmiş. Amma buna baxmayaraq onun səsinin gözəlliyi qarşısında etdiyi səhvlərə fikir verilməyib. Yaqub yeganə xanəndədir ki, muğamın sözlərini səhv oxuya-oxuya Bakı kəndlərində də çox sevilib. Böyük sənətkar 5 iyun 2002-ci ildə 72 yaşında dünyasını dəyişib.



Məqaləyə dair fotomateriallar:
Şövkət Ələkbərova onu ayaq üstə alqışladı, Xan Şuşinskini heyran qoydu, onu aldadıb oxutdular - Xalq artisti haqqında bilmədiklərimiz...
Şövkət Ələkbərova onu ayaq üstə alqışladı, Xan Şuşinskini heyran qoydu, onu aldadıb oxutdular - Xalq artisti haqqında bilmədiklərimiz...
Şövkət Ələkbərova onu ayaq üstə alqışladı, Xan Şuşinskini heyran qoydu, onu aldadıb oxutdular - Xalq artisti haqqında bilmədiklərimiz...
Şövkət Ələkbərova onu ayaq üstə alqışladı, Xan Şuşinskini heyran qoydu, onu aldadıb oxutdular - Xalq artisti haqqında bilmədiklərimiz...

Son xəbərlər

Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib

DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib

ŞƏFAQƏT RƏSULOV – 75

Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB

Xəzərə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxıldı - FOTOLAR

İtkin-şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olundu

Sabah 35 dərəcə isti olacaq

Sabiq rektor Nurlana Əliyeva vəfat etdi

ŞƏHİDLİK MÖVZUSU TARİXİN QAN YADDAŞI - FOTO

Elgiz Əkbərin anası vəfat etdi

Peyvəndlər həqiqətən təhlükəlidirmi? - Həkimlər miflərdən danışdılar

"BakıKart" bahalaşdı

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Leyla Əliyeva Şəkidə uşaq evinin sakinləri ilə görüşdü - FOTOLAR

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

“Monaco Residence” - “Sea Breeze”də Ayparanın önündə möhtəşəm layihə

Oktay Kaynarca Fahriye Evcenlə tərəf müqabili oldu

Serialdakı gəlinlik düşərli oldu - Evlənəcək

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

İran, ABŞ və Livan birgə komitə yaradacaqlar

"Şamaxı Peşə Liseyi" PHŞ-də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Məzun Günü" tədbiri keçirildi - FOTOLAR

Sanksiyaların dayandırılmasından sonra İran nefti 20% bahalaşıb - Qalibaf

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031