Həkimlərin əlində müəmmalı şəkildə ölən Xalq artisti


Turaztv.az Kulis.az-a istinadən məşhur muğam ifaçısı, Xalq artisti Qəndab Quliyeva haqqında maraqlı faktları təqdim edir.

Quliyeva Qəndab Həbib qızı 1949-cu il, avqustun 10-da Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub.

***

1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Leyli, Əsli, Şahsənəm, Gülbahar, Xanəndə qız kimi aparıcı rollar ifa edib.

Xanəndənin repertuarına muğam dəsgahlar və təsniflər daxildir. Onun ifasında "Xaric Seygah", "Şahnaz", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Şur" muğamları AzTV Fondunda saxlanılır.

***

Onun ifasında səslənən "Xaric sehgah" muağamını bu günə qədər onun kimi heç kəs ifa edə biləməyib.

Qəndab Quliyevanın səhhətində problemlər olsa da ölümü ailəsi və sənət camiəsi üçün gözlənilməz olub. Oğlu Hafiz Həmidov müsahibələrinin birində deyir:

"Onun ölümü müəmmalı oldu. Xəstəxanaya özü öz ayağı ilə getmişdi. Orda həkimlə görüşəndə həkim dedi ki, üç-dörd günlük müalicə olunub çıxacaq. İki-üç gün xəstəxanada qaldı. Sonrakı gün səhər vaxtı yanına getdim, həkim dedi, heç bir problemi yoxdur. Mən də dedim, onda işə gedim, qayıdacam. İşə getdim, üstündən bir saat keçmişdi, həkim zəng vurdu ki, dərman var, onu təcili tapmaq lazımdı, bizdə o dərmandan yoxdu, gəl, onu al. Dərmanı alıb gətirəndə gördüm, anam palatada yoxdu. Onu reanimasiyaya aparmışdılar. Baş həkim dedi, komaya düşüb, səbəbini həkimindən soruşun, mən deyə bilmərəm. Həkiminin yanına getdim, yerində olmadı, zəng vurdum, dedi, biz özümüz ona iynə vurub yatırtmışıq. Bir-iki gün orda qalacaq, çıxaracağıq. Sonra da həkim telefonlarını bağladı. Nətcəsi də belə oldu. Anamın ölümü müəmmalı oldu."

Qəndab xanım reanimasiyada bir neçə gün süni apartla yaşayıb, ölümündən bir gün əvvəl yaxınlarının məsləhəti ilə süni aparatdan ayırmaq istəsələr də həkim daha bir gün qalmasını təklif edib. Növbəti günün səhəri saat 9-da oğlu anasının yanına daxil olanda onun artıq keçindiyinə əmin olub və anasının süni aparatdan ayrılmasına razılıq verib.

***

Tarzən Möhlət Müslümov öz xatirələrində deyir ki, Qəndab Quliyeva Füzulidən gəlib Asəf Zeynallı adına musiqi məktəbinə daxil olanda, müəllimlər onu oxudub ifasına qulaq asıblar. Sonralar Qəndab xanım muğam ifa edəndə bütün müəllimlər onun səsinə vurğun olub, onu dinləmək üçün o olan otağa yığılıblar. "Qarabağdan yeni bir səs gəlib" sözləri isə dildən-dilə dolaşıb.

Rəhmətə getməzdən öncə evdə çox kədərli musiqilər ifa edərmiş. Oğlu Hafizin sözlərinə görə, sanki tezliklər dünyadan köçəcəyi ürəyinə dammışdı. Ölməzdən əvvəl ən böyük arzusu Binə qəbiristanlığında anasının yanında dəfn olunması olub.

***

Ölümündən sonra oğlunun yuxusuna girərək ona deyib ki, niyə övladlarına toy eləmirsən.

Qəndab Quliyeva 2017-ci ilin əvvəllərində infarkt və 3 dəfə insult keçirib. O, 16 iyun 2017-ci ildə səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirilir. Görkəmli sənətkar 26 iyun 2017-ci ildə vəfat edir.

Son xəbərlər

Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib

DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib

ŞƏFAQƏT RƏSULOV – 75

Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB

Xəzərə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxıldı - FOTOLAR

İtkin-şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olundu

Sabah 35 dərəcə isti olacaq

Sabiq rektor Nurlana Əliyeva vəfat etdi

ŞƏHİDLİK MÖVZUSU TARİXİN QAN YADDAŞI - FOTO

Elgiz Əkbərin anası vəfat etdi

Peyvəndlər həqiqətən təhlükəlidirmi? - Həkimlər miflərdən danışdılar

"BakıKart" bahalaşdı

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Leyla Əliyeva Şəkidə uşaq evinin sakinləri ilə görüşdü - FOTOLAR

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

“Monaco Residence” - “Sea Breeze”də Ayparanın önündə möhtəşəm layihə

Oktay Kaynarca Fahriye Evcenlə tərəf müqabili oldu

Serialdakı gəlinlik düşərli oldu - Evlənəcək

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

İran, ABŞ və Livan birgə komitə yaradacaqlar

"Şamaxı Peşə Liseyi" PHŞ-də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Məzun Günü" tədbiri keçirildi - FOTOLAR

Sanksiyaların dayandırılmasından sonra İran nefti 20% bahalaşıb - Qalibaf

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031