Bayramınız mübarək Qəhrəman Ordumuz!!! - Mehriban Sultanova
Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü- Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusu yaradıldı.Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətidövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Ermənistan Respublikası ölkəmizə qarşı 2020-ci il sentyabrın 27 -də hərbi təcavüz etdi.Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş komandanınrəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı.44 günlük Vətən müharibəsində 2738 nəfər hərbi qulluqçu həlak olmuş, yüz nəfərdən artıq itkin düşmüş,min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir.İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimiz əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən, adına qəhrəmanlıq salnaməsi yazdıranlardan biri də əzizimiz - Niyaməddin Hüsaməddin oğlu Sultanzadədir.
Niyaməddin Sultanzadə 10 sentyabr 1988-ci ildə Masallı şəhərində anadan olmuşdur. 2005-ci ildə Şəhər 1 saylı tam orta məktəbdə təhsil almağa başlamış, 2016-cı ildə həmin məktəbi bitirmişdir.Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin qiyabi 2- ci kurs tələbəsi idi. 10 oktyabr 2018- ci il tarixindən 3 saylı Regional Su Kanal İdarəsinin Masallı Su Kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı.Subay idi. Arzuları vardı...
Niyaməddin 2016-2017- ci illərdə hərbi xidmətdə olub.O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsinə könüllü olaraq, qoşulmuş, Cəbrayıl və Füzuli, Qubadlı rayonlarında düşmən hücumunun qarşısının alınmasında şücaət göstərmiş, 6 noyabr 2020-ci il tarixində Qubadlı rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.Azərbaycanın cəsarətli oğulları kimi müqəddəs amal uğrunda canını fəda etməklə əbədiyyətə qovuşdu.
Vətən müharibəsində Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalanmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!
Bayramınız mübarək Qəhrəman Ordumuz!!!

Mehriban Sultanova,
Şəhid anası, YAP Masallı rayon təşkilatı,
şəhər 1 saylı məktəb ərazi partiya təşkilatının sədri

Bayramınız mübarək Qəhrəman Ordumuz!!! - Mehriban Sultanova

Son xəbərlər

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən aylar çəkə bilər

ABŞ və İran mühüm razılığa gəldi

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

Gürcüstan İsrailə yeni səfir təyin etdi

DÇ-də 1/8 finalın ilk iştirakçısı məlum oldu

İsti hava Avropada 1300-dən çox can aldı

Kanadadan son dəqiqələrdə qol - Yenilənir

MİNNƏTDARLIQ BORCU...

Xudafərində Ucalan Ruh: Türkman Məmmədovun İgidlik Salnaməsi - FOTO

Putin: Ukrayna ilə bağlı yeni danışıq təklifləri var

Bir dostluğun əbədiyyətə yazılan adı…. ELÇİN

"Superqızlar" barədə yeni film hazırlanır

“Doğa” serialdan qonorara görə ayrılıbmış? - Açıqlama

“Nilay” getsə, serial bitə bilər”

Qarpızı kəsməzdən əvvəl iki dəfə düşünün: Bu səhvi edənlər...

QOŞMA Ədəbi Məclisində şair Vahid Çəmənlinin 70 illik yubileyi və " Sənsiz keçən ömür" kitabının təqdimatı keçirildi - FOTO

Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb

DÇ-2026: Xorvatiya - Qana və Panama - İngiltərə oyunlarına start verilib

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Generaldan AÇIQLAMA

Venesuelada 4,8 bal gücündə zəlzələ baş verib

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

"Möhtəşəm zərbə ilə görüşü tamamladım" - Rafael Fiziyev

MƏMMƏD QƏDİR : A Məmməd, rəhmət yenə çöldəki şeytanlara - FOTO

Bu ovqat səninçün bir peşə, Vahid - FOTO

Azərbaycan cüdoçuları Çexiyadakı turnirdə 3 medal qazanıblar

Tanınmış alpinist infarkt keçirdi - Foto

İsti hava xəbərdarlığı “isti hava” konfransını təxirə saldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930