Xalq artisti Firəngiz Əlizadənin 75 illiyinə həsr edilmiş tədbir keçirilib
İyunun 3-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açıb. Qeyd edib ki, Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Onun əsərləri həm Vətəndə, həm də ölkə hüdudlarından kənarda tanınaraq müasir Azərbaycan musiqisinin inikasına çevrilib: “Bu gün Azərbaycan mədəniyyəti üçün əlamətdar bir gündür. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan və mədəniyyətimizin inkişafına xüsusi töhfələr verən bəstəkarın- Firəngiz Əlizadənin yubileyinə toplaşmışıq. Bu gün fəxrlə deyə bilərəm ki, Firəngiz xanım özünəməxsus dəsti-xətti olan bir bəstəkardır. Azərbaycan bəstəkarlıq sənətinin, klassik musiqi üslubunun zənginləşməsində əməyi olan bir şəxsiyyətdir. Firəngiz Əlizadə Azərbaycan musiqisini yüksək səviyyəyə qaldırmışdır. O Azərbaycan musiqisinə verdiyi töhfələrlə yanaşı çox saylı tələbələr də yetişdirib. Onun fəaliyyəti tək Azərbaycanla məhdudlaşmır, eyni zamanda, ölkə hüdudlarından kənara gedib çıxır. O, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına nail olan incəsənət xadimidir. Firəngiz xanımın fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. Dəfələrlə ölkəmizi beynəlxalq festivallarda uğurla təmsil edib. Təbii ki, dövlətimiz də Firəngiz xanımın sənət fəaliyyətini daim yüksək qiymətləndirib. Dövlətimizin başçısı tərəfindən görkəmli bəstəkarımız "Şərəf" və " Şöhrət" ordeni ilə təltif edilib”.

Nazir söyləyib ki, musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əlizadə UNESCO-nun “Sülh artisti” mükafatına da layiq görülüb.

Qeyd edilib ki, daim yaradıcılıq axtarışında olan Firəngiz Əlizadə bu gün də ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona şərəflə xidmət edir. Onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək.

Diqqətə çatdırılıb ki, Firəngiz xanımın hər bir uğuru Azərbaycan musiqisinin geniş miqyasda nüfuzunun artması kimi çox mühüm bir işə xidmət edir. Bəstəkarın yaradıcılığı musiqişünaslar üçün əsl tədqiqat mənbəyidir. Onun yaradıcılığına dair bir sıra elmi-tədqiqat işləri yazılmış, eləcə də onun əsərləri dissertasiya səviyyəsində araşdırılmışdır. Firəngiz xanımın yaradıcılığı yalnız ifaçılarımız üçün deyil, musiqi elmimiz üçün də dəyərli bir mənbədir.

Tədbir Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə davam edib. Konsert çərçivəsində isveçrəli solist Marcis Kuplais və azərbaycanlı solist Xalq artisti Gülnaz İsmayılova çıxış edib.

Sonra Firəngiz Əlizadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara göstərilən diqqət üçün təşəkkür edib.
Xalq artisti Firəngiz Əlizadənin 75 illiyinə həsr edilmiş tədbir keçirilib
Xalq artisti Firəngiz Əlizadənin 75 illiyinə həsr edilmiş tədbir keçirilib
Xalq artisti Firəngiz Əlizadənin 75 illiyinə həsr edilmiş tədbir keçirilib
Xalq artisti Firəngiz Əlizadənin 75 illiyinə həsr edilmiş tədbir keçirilib
Xalq artisti Firəngiz Əlizadənin 75 illiyinə həsr edilmiş tədbir keçirilib

Son xəbərlər

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Yəmənin Hudeyda şəhəri hava hücumlarına məruz qalıb

"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu

İranla danışıqlar apardıqlarını bildirdi

“Bəsdirin, öz həyatınızla məşğul olun”

17 il əvvəl ölən müxalifət ldierinə sui-qəsd ediblərmiş - Foto

Yeni layihəsi bəlli oldu

Gəmiylə Yunanıstana qaçacaqmış - Haluk Leventin saxlanılma səbəbi

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə BAŞLANILDI

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları

✍ Sevil Azadqızı : SEVGİ RUHUN QİDASI,QƏLBİN NƏFƏSİDİR

Qəzənfər Məsimoğlu : Gedib sülənməsin yad qapılarda - FOTO

“Sihirli Annem”in “Toprak”ı evlənir

Deputat maaşından imtina etdiyini açıqladı

Dövlət Televziyasından narazılıq etdi - "Göstərin də nazir nə iş görüb"

Sakitləşdirici dərman MakSimi xəstəxanalıq etdi

Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar

İllik gəlirlərinin 6 faizi silinə bilər

Smartfonunuz başqa telefonu da enerji ilə təmin edə bilər

Dənizdə niyə ən çox gənclər boğulur? – Onların ən böyük səhvləri bunlardır

Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib

“Space TV”nin bank hesablarına həbs qoyuldu

Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Milli Məclisin deputatı İranda səfərdədir

Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031