Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub
Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən, ilk konsert təşkil olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bəstəkarın yaradıcılığından söz açıb. O bildirib ki, Fikrət Əmirov musiqinin demək olar bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. "Nizami" simfoniyası, "Sevil" operası, "Min bir gecə" baleti bəstəkarın musiqi irsinin qiymətli nümunələridir.

“Sənətkarın yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi, dünyada Azərbaycan musiqinə verilən qiymətin göstəricisidir. Əslən şuşalı olan Fikrət Əmirovun yaradıcılığı Qarabağın zəngin mədəniyyətindən qaynaqlanır”, - deyə S.Məmmədəliyeva əlavə edib.

Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor, Əməkdar artist Fuad İbrahimov və solist, Xalq artisti Yeganə Axundovanın ifasında bəstəkarın əsərlərini səsləndirib.

Daha sonra görkəmli bəstəkara həsr olunmuş musiqi albomunun təqdimat mərasimi keçirilib.
Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub
Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub
Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub
Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Son xəbərlər

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31