Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunubSentyabrın 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə qədim memarlıq abidələrindən olan Şirvanşahlar sarayında Azərbaycanın dünyaca məşhur şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilİb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, şairin unikal yaradıcılığını əks etdirən musiqili ədəbi-bədii gecə çərçivəsində fondun himayəsi ilə yaradılmış “Dədə Qorqud” Kamera Orkestri Azərbaycanın görkəmli bəstəkarları tərəfindən Nizami Gəncəvinin şeirlərinə bəstələnən əsərləri ifa edib.

Tədbirdə dövlət rəsmiləri, Azərbaycanda akkreditə olunan səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyət irsi Fondunun prezidenti Gunay Əfəndiyeva qonaqları salamlayaraq deyib: “Dahi Azərbaycan şairi, Türk dünyasının fəxri, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecənin keçirildiyi bu qədim Şirvanşahlar sarayına xoş gəlmişsiniz. Bu gün burada görkəmli ziyalılarımızla, xarici ölkələrin səfirləri ilə yanaşı, Bakıya və Şuşaya səfər edən Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri də iştirak edir. Onları da xüsusi olaraq salamlayıram. Nizami Gəncəvi 68 illik bir ömür yaşayıb. Ancaq onun qoyub getdiyi miras nəinki 68 ilə, hətta aradan keçən 880 ilə də sığmır. Ona görə də Nizami Gəncəvi bizim daima müasirimiz olmaqla yanaşı, bütün zamanların müasiri olaraq qalacaqdır. Bu müddət ərzində dahi şairin yaradıcılığı haqqında yüzlərlə tədqiqat işləri aparılıb, kitablar yazılıb. Ancaq bu günün özündə də Nizamişünaslıq yeni-yeni kəşflər edir, yeni fikirlər, yeni mülahizələr irəli sürür. Əsrlər bir-birini əvəz edir. Siyasi-ictimai epoxalar dəyişir, hər dəfədə Nizami ədəbi irsi yeni baxış irəli sürür. İpək Yolunun üzərində yerləşən Gəncədə dünyaya göz açan Nizami ömrü boyu burada yaşayıb yaradıb. O, şəhəri qədim Babilə bənzədirdi. Öz yaradıcılığını isə Gəncənin sərvəti kimi təqdim edirdi. Lakin, tarix sübut etdi ki, onun yardıcılığlı yalnız Gəncənin deyil, bütün Türk dünyasının bəşəri sərvətidir. Nizami dövründə Azərbaycanda yaranmış dövlətlərə, Şirvanşahlar və Eldəgizlər kimi türk sülalələri başçılıq edirdi. Nizami Gəncəvi bir çox dillər bilirdi. O dövrün ənənəvi poeziya dili olan fars dilindi yazırdı. Ancaq onun mənəvi-poetik dili türk dili idi. Onun qıpçaq qızına, Afaqa olan məhəbbəti, bütün türk dünyasına olan məhəbbətin ifadəsi idi. Nizami bütün türk dünyasının dahi sənətkarı idi”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti vurğulayıb ki, 2021-ci il Azərbaycanda Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilib: “Bu yalnız klassik Azərbaycan ədəbiyyatına deyil böyük Türk dünyasına olan ehtiramın parlaq ifadəsidir. Nizami Gəncəvi yalnız Azərbaycan ədəbiyyatının inkişafında deyil digər incəsənət sahələrinin inkişafında da mühüm rol oynayıb. Bir çox görkəmli Azərbaycan bəstəkarları öz yaradıcılıqlarında Nizaminin əsərlərinə müraciət ediblər. Bu gün bu incilərdən bəziləri Beynəlxalq Türk Mədəniyyət irsi Fondunun himayəsi ilə yaradılmış “Dədə Qorqud” Kamera Orkestrının ifasında səslənəcək. Biz orkestrın bədii rəhbəri Azərbaycanın Xalq artisti, görkəmli dirijor Yalçın Adıgözəlovla birlikdə bu yola çıxaraq Türk dünyasının zəngin mədəniyyətini, incəsənətini və musiqi xəzinəsini bütün dünyaya təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq. Sizi bu qədim məkanda dahi Nizaminin, eləcədə ölməz bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun sehrli sənət dünyasına dəvət edirəm”.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyət irsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürlərini bildirərək deyib : “Həqiqətən də biz hamımız bu cür tədbirlərin keçirilməsi üçün darıxmışıq. Belə bir fürsətin yaradılmasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü təqdirəlayiqdir. Bildiyiniz kimi ölkə rəhbərliyi tərəfindən “ Nizami İli” elan olunmuşdur. Bu bir daha Azərbaycan dahisi ,şairi, mütəfəkkiri olan Nizamiyə olan hörmətin və dövlət tərəfindən ona göstərilən diqqətin nümunəsidir. Bu ilin elan edilməsi Nizaminin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ edilməsi deməkdir. Nizaminin unikallığı ondan ibarətdir ki, bu şəxsiyyət Azərbaycandan- Gəncədən kənara çıxmayaraq, onun əsərləri,fəlsəfi fikirləri nəinki Türk Dünyasına, regiona, Yaxın Şərqə, hətta bütün dünyaya yayıldı, örnək oldu, onun əsərlərində əks etdirdiyi prinsiplərə, dəyərlərə istinadlar edildi. Təsadüfü deyildir ki, Avropanın aparıcı yazıçıları, şairləri onun əsərlərindən bəhrələnirdi “.

Mədəniyyət naziri digər aidiyyati qurumlar tərəfindən “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlandığını söyləyib. Nazir deyib ki, bu il Nizami Gəncəvinin qəzəllərinin çap olunması, əsərlərinin geniş şəkildə təbliği, beynəlxalq ədəbiyyat festivalının keçirilməsi, onun poemaları əsasında filmlərin çəkilməsi, Bakı Beynəlxalq Kitab Sərgisinə şairin adının verilməsi və sair silsilə tədbirlər nəzərdə tutulub. O, belə silsilə tədbirlər içərisində bugünkü tədbirin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Mədəniyyət Nazirliyi olaraq türk dünyasını təmsil edən qurumlarla çox gözəl əməkdaşlıq edirik. Bu bizim siyasətimizin prioritet bir hissəsidir. Biz Türk dünyasında müştərək olan şəxsiyyətlərimizin və adət-ənənələrimizin, tariximizin təbliğ olunmasına nail oluruq”,- deyə nazir vurğulayıb.

Sonra Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Dədə Qorqud” Kamera Orkestrinin konserti olub. Orkestr Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov tərəfindən Nizami Gəncəvinin şeirlərinə bəstələnən əsərləri ifa edib. Gecədə Azərbaycanın Xalq artisti Mircavad Cavadovun udda müşayəti ilə Azərbaycanın Xalq artisti Nürəddin Mehdixanlı Nizaminin qəzəllərini səsləndirib. Azərbaycanın Əməkdar artisti Anar Şuşalı Ü. Hacıbəylinin “Sənsiz” və “ Sevgili Canan” romanslarını oxuyub.Konsertdə Azərbaycanın Xalqartisti Kamilla Hüseynovanın quruluş verdiyi xoreoqrafik səhnələr nümayiş olunub.
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub
Şirvanşahlar sarayında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş musiqili ədəbi-bədii gecə proqramı təşkil olunub

Son xəbərlər

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Qəlbimizə hakimliyi bacarırıqmı?

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31