Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin məzarı ziyarət olunub
Mayın 15-də Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanda məzarı ziyarət edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, anım mərasimində tanınmış mədəniyyət və incəsənət xadimləri, bəstəkarın yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edənlər xüsusi olaraq vurğulayıblar ki, Prezident İlham Əliyev aprelin 13-də Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsəsən görkəmli bəstəkarın anadan olmasının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunacaq.

Bildirilib ki, Rauf Hacıyevin bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti olub. Diqqətə çatdırılıb ki, mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanır.

Rauf Hacıyevin 15-ə qədər filmə musiqi yazdığını söyləyən çıxışçılar qeyd ediblər ki, bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub.

Qeyd edilib ki, operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb.

Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyevin bənzərsiz yaradıcılığını yüksək qiymətləndirən natiqlər vurğulayıblar ki, adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.
Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin məzarı ziyarət olunub
Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin məzarı ziyarət olunub

Son xəbərlər

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Yəmənin Hudeyda şəhəri hava hücumlarına məruz qalıb

"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu

İranla danışıqlar apardıqlarını bildirdi

“Bəsdirin, öz həyatınızla məşğul olun”

17 il əvvəl ölən müxalifət ldierinə sui-qəsd ediblərmiş - Foto

Yeni layihəsi bəlli oldu

Gəmiylə Yunanıstana qaçacaqmış - Haluk Leventin saxlanılma səbəbi

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə BAŞLANILDI

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları

✍ Sevil Azadqızı : SEVGİ RUHUN QİDASI,QƏLBİN NƏFƏSİDİR

Qəzənfər Məsimoğlu : Gedib sülənməsin yad qapılarda - FOTO

“Sihirli Annem”in “Toprak”ı evlənir

Deputat maaşından imtina etdiyini açıqladı

Dövlət Televziyasından narazılıq etdi - "Göstərin də nazir nə iş görüb"

Sakitləşdirici dərman MakSimi xəstəxanalıq etdi

Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar

İllik gəlirlərinin 6 faizi silinə bilər

Smartfonunuz başqa telefonu da enerji ilə təmin edə bilər

Dənizdə niyə ən çox gənclər boğulur? – Onların ən böyük səhvləri bunlardır

Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib

“Space TV”nin bank hesablarına həbs qoyuldu

Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Milli Məclisin deputatı İranda səfərdədir

Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031