Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Aprelin 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş prokurorun müavinlərinin, mərkəzi aparatın idarə, şöbə rəislərinin, həmçinin Bakı şəhər prokurorluğunun rəhbər işçilərinin və tabe rayon prokurorlarının iştirakı ilə şəhər prokuroru vəzifəsinə təyin olunmuş Elşən Abbasovun kollektivə təqdim edilməsi münasibətilə geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat müşavirəsində çıxış edən Kamran Əliyev Azərbaycan Prezidentinin hərtərəfli düşünülmüş dövlət idarəçiliyi, səriştəli daxili və xarici siyasəti, müvəffəqiyyətlə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə tərəqqi və inkişafa nail olunduğunu bildirərək, prokurorluq orqanlarının üzərinə qoyulan vəzifələrin də uğurla icra edildiyini qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələr verməklə, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, korrupsiya hüquqpozmalarının qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əsaslı dönüş yaradılıb, prokurorluqların fəaliyyətində şəffaflığın, bürokratizmin aradan qaldırılması təmin edilib.

Baş prokuror Kamran Əliyev əldə olunmuş uğurların davamlı xarakter alaraq daha da inkişaf etdirilməsində Bakı şəhərinin prokurorluq orqanlarının xüsusi rol və əhəmiyyətini vurğulayaraq, şəhər prokurorluğunun rəhbərliyində aparılan kadr dəyişikliyinin qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsini, nöqsan və çatışmazlıqların aradan qaldırılmasını təmin edəcəyinə əmin olduğunu bildirib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov prokurorluq orqanlarının inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək, rəhbərlik etdiyi kollektivin yüksək etimadı doğruldacağını, qarşıya qoyulan vəzifələrin dönmədən icrasına nail olunması üçün səylə çalışacaqlarını qeyd edib.

Müşavirəyə yekun vuran Baş prokuror Kamran Əliyev Bakı şəhərinin prokurorluq orqanlarının fəaliyyətinin cinayət və cinayət-prosessual qanunvericiliyinin, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun və sair normativ xarakterli hüquqi aktların tələblərinə uyğun surətdə digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə qurulmasına dair konkret tapşırıqlar verib.
Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Son xəbərlər

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31