Xəbərlər
15.04.2022, 01:03
UEFA Avropa Liqasında ilk yarımfinalçı bəlli olub
Aprelin 14-də futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin cavab görüşlərinə start verilib.
Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, UEFA Avropa Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.
Dörddəbir final mərhələsinin cavab oyununda İtaliyada "Atalanta"nı 2:0 hesabı ilə məğlub edən Almaniyanın "Leyptsiq" klubu adını növbəti raunda yazdırıb. Qolları 18-ci və 87-ci dəqiqələrdə Kristofer Nkunku vurub. İlk görüşdə qalib müəyyənləşməmişdi - 1:1.
Bundesliqa təmsilçisi finala gedən yolda "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay