Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı 32 mindən artıq üzvü 140 ərazi partiya təşkilatında birləşdirir. Bu günlərdə təşkilatın ərazi partiya təşkilatlarının sırasına daha biri əlavə olunub.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Həsən bəy Zərdabi prospekti-88 ünvanında ərazi partiya təşkilatının yaradılması tədbirində çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin sədrlik etdiyi partiyada təmsil olunmağın hər bir üzv üçün böyük qürur hissi verdiyini bildirib. Bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən YAP cəmiyyətin avanqard qüvvəsi olaraq ölkəmizin inkişafına öz davamlı töhfələrini verir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur, partiyanın fəaliyyətinə bələdçilik edir. B.Nəbiyev qeyd edib ki, Ümummilli Liderin ideyalarının təbliğatında fəal iştirak edən YAP cəmiyyətin bütün təbəqələrini əhatə edən insanları öz sıralarında birləşdirməklə monolitliyini gücləndirir.

YAP Yasamal rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb və qarşıda duran vəzifələrdən, görüləcək işlərdən söz acıb.

Yeni ərazi partiya təşkilatının yaradıldığı “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu mühüm addımı yüksək dəyərləndirərək deyib: “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. YAP yarandığı gündən tutduğu yola sadiqliyi, sözlə əməl birliyi ilə xalqın böyük etimadını qazanıb. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsində də ulu öndər Heydər Əliyev ideyalarına sədaqət, Prezident İlham Əliyevin siyasətinə inamla yanaşı, partiyanın ötən 30 ilə yaxın dövründə dövlətə, xalqa xidmət nümunəsini nümayiş etdirməsi, hər zaman ölkəmizin gələcəyini düşünərək bunu əməli fəaliyyətində təsdiqləməsi mühüm rol oynayır. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. Hər birimiz bu məsuliyyəti dərindən dərk edərək partiyanın proqram və nizamnaməsindən irəli gələn vəzifələrin icrasına öz töhfələrimizi verməliyik”.

Sonra təşkilati məsələyə baxılıb. İsmayıl Hacıyev ərazi partiya təşkilatının sədri, Orxan İsrafilov isə sədr müavini seçilib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

Son xəbərlər

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31