Azərbaycan gəncliyi yeni çağırışların həyata keçirilməsinə öz töhfələrini verməlidir
Yanvarın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyanın bir qrup gənc fəallarının iştirakı ilə “Yeni, müasir çağırışlarda gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə gələcəyimiz olan gənclərə diqqət və qayğının dövlət siyasətinin əsasında dayandığını bildirib. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.

V.Rəhimzadə Prezident İlham Əliyevin “gənclərimiz dövlət maraqlarını hər şeydən üstün tutmalı, milli ruhda tərbiyə olunmalıdır” fikrini diqqətə çatdıraraq, Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərinin şücaətindən söz açıb. Bildirib ki, İlham Əliyevin Prezident kimi fəaliyyət göstərdiyi son 18 ilin uğurları sırasında gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini, daim torpaqlarımızı işğaldan azad etmək əzmində olduqlarını nümayiş etdirmələrini xüsusi vuğulamalıyıq. Azərbaycan gəncliyi müasir düşüncəyə malik, bilikli, savadlı gənclərdir.

Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 800 minə yaxın üzvünün böyük əksəriyyətini gənclərin təşkil etdiyini vurğulayan Vüqar Rəhimzadə qeyd edib ki, gənclərimiz dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən, ulu öndər Heydər Əliyevin yaradıcısı, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasında təmsil olunmaqdan qürur duyurlar. Partiyada gənclərə öz potensial imkanlarını ortaya qoymaq üçün bütün zəruri imkanlar yaradılıb.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar səsləndirilir: “Ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü, o cümlədən gənclər bu çağırışları yüksək dəyərləndirir, onların həyata keçirilməsində fəal iştirak edirlər. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar, yeni çağırışlar göz önündədir. Gənclərimiz müasir dövrün imkanlarından səmərəli istifadə etməklə bu çağırışların ən yüksək səviyyədə gerçəkləşməsinə dəstək olacaqlar”.

“Gənclərimiz daim tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi qorumalı və öyrənməlidirlər” – deyən Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənclərə çağırışlarının mahiyyətində də məhz bu məsələlər dayanır. Heydər Əliyev Fondunun tariximizin, milli-mənəvi dəyərlərimizin təbliği sahəsində fəaliyyəti təqdir edilir. Son bir ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işlərində də mədəni və dini abidələrimizin bərpasına xüsusi önəm verilməsi Azərbaycan dövlətinin bu sahəyə diqqətinin bariz nümunəsidir. Bu işlərdə də Heydər Əliyev Fondunun fəaliyyəti göz önündədir. Gənclərimiz hər bir çağırışı öz fəaliyyətlərinin əsas prinsipi kimi qəbul etməlidirlər.

YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, 6 saylı Bakı “ASAN xidmət” Mərkəzinin rəhbəri Fərid Sadıxlı bildirib ki, “ASAN” Könüllülərin Hərəkatı 15 nəfərlə başlayan zaman Prezidentin hər mərkəzdə ilk növbədə könüllülərlə görüşünü bu gün hər bir gənc yaxşı xatırlayır: “Dövlət Gömrük Komitəsi, Miqrasiya Xidməti və digər özəl təsisatlarda olan könüllülük məhz Prezidentin zamanında göstərdiyi dəstəyin bugünkü nəticəsidir. Hazırda bizim üzərimizə düşən iş ondan ibarətdir ki, bu dəstəkdən yararlanaraq YAP-ın fəaliyyətinə, ümumiyyətlə, Azərbaycan dövlətinin maraqlarına xidmət edərək XXI əsrin qaydalarına uyğun olaraq öz fəaliyyətimizi tənzimləyək. Bu gün qeyri-mərkəzləşdirilmiş informasiyada artıq gənclərimizin rolu fərqlidir. Əgər əvvəllər hər şey mərkəzləşdirilmiş qaydada idisə, indi elə deyil. Gənclərimiz daim peşəkarlıqlarını artırmalıdırlar.”

YAP Xətai rayon təşkilatı Neapol küçəsi 8A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Camalxan Xanbutov müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, gəncləri bu imkanlardan maksimum bəhrələnməyi, müxtəlif dilləri öyrənməyi tövsiyə edib. Bildirib ki, gənclik hər bir ölkənin inkişafında böyük rola malikdir. Onların müasir düşüncələri daim zamanın, dövrün tələblərinə uyğun təkmilləşməlidir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının gənc fəallarından Səbinə Qafarova və Nicat Namazov gənclərin inkişafı üçün ölkəmizdə yaradılan münbit şəraitdən bəhs ediblər. Bildiriblər ki, Azərbaycan gəncləri belə qüdrətli, zəngin, dünyada söz sahibliyinə malik, ən əsası qalib ölkənin vətəndaşları olmaları ilə fəxr etməlidirlər. Bu nailiyyətləri bizə qazandıran ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti və son 18 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Azərbaycan gəncləri Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, yeni çağırışların həyata keçirilməsinə öz töhfələrini verməyə səy göstərirlər.

Qazi Şirxan Hümmətov Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsindən bəhs edərək bildirib ki, dünyaya səs salan Şuşa əməliyyatı, qalibiyyəti çoxəsrlik tariximizin şanlı səhifələrindəndir. Gələcək nəsil bu səhifələri daim vərəqləməli, 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımızın azad edilməsində fədakarlıq göstərən, qanından, canından keçən qəhrəmanlarımızı tanımalı, onların həyat yolunu vətənpərvərlik məktəbi kimi dəyərləndirərək daim öyrənməlidirlər. Bu işdə valideynlərin də üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi qeyd edən Şirxan Hümmətov gənclərimizi yeni çağırışlara öz töhfələrini verməyə səsləyib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov tədbirdə çıxış edərək bu il nəinki ölkəmizin, Cənubi Qafqazın aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 30 illiyinin qeyd ediləcəyini diqqətə çatdırıb. Bildirib ki, bu dövr Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illəri əhatə edir: “Yeni Azərbaycan Partiyasının mövcudluğu, fəaliyyəti və bu günə gəlib çatması dövlət müstəqilliyimiz, onun qorunub saxlanılması və indiki inkişafı ilə bağlıdır. Müstəqilliyimizin qorunması, daha da inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin atdığı addımlar, yaratdığı möhkəm təməl bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha sürətli inkişafına imkanlar yaradır”.

YAP Gənclər Birliyinin sədri gənclərimizin qarşısında böyük çağırışlar dayandığını önə çəkərək bildirib ki, onlar bunları yüksək səviyyədə cavablandırmaq üçün hərtərəfli formalaşmalı, birliklərini, peşəkarlıqlarını daim artırmalıdırlar: “Hər yeni dövr qarşıya yeni tələblər qoyur. Gənclərimiz malik olduqları potensial imkanlardan maksimum bəhrələnməlidirlər”.
Azərbaycan gəncliyi yeni çağırışların həyata keçirilməsinə öz töhfələrini verməlidir
Azərbaycan gəncliyi yeni çağırışların həyata keçirilməsinə öz töhfələrini verməlidir
Azərbaycan gəncliyi yeni çağırışların həyata keçirilməsinə öz töhfələrini verməlidir
Azərbaycan gəncliyi yeni çağırışların həyata keçirilməsinə öz töhfələrini verməlidir

Son xəbərlər

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31