Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə “Nizami Gəncəvinin müasirliyi” mövzusunda videokonfrans keçirilibOktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə “Nizami Gəncəvinin müasirliyi” mövzusunda videokonfrans keçirilib.

Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, YAP Veteranlar Şurasının üzvlərinin, partiyanın rayon təşkilatlarının fəallarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, bugünkü konfrans Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Sərəncamda da qeyd olunduğu kimi, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də daim xüsusi diqqət yetirib. Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunan “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov isə bildirib ki, əlbəttə, Nizami Gəncəvi Azərbaycanın varlığının simvollarından biridir: “Nizami Gəncəvinin 800 illik yubileyi keçirildikdən sonra dahi şair daha çox tanınmağa başlayıb və o vaxtdan da onun bir Azərbaycan şairi, mütəfəkkiri olması ilə bağlı akademik səviyyələrdə mülahizələr meydana çıxıb. Dünyanın ən böyük şairlərinin yeni dövrə qədər Nizami Gəncəvi yaradıcılığına müraciət etmələri onun ideyalarının böyüklüyünün təqdimatıdır. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması Nizaminin dünya şöhrəti ilə yanaşı, həm də dövlətimizin Nizami Gəncəvi irsinə münasibətinin səciyyəvi cəhəti kimi də qeyd olunmalıdır. Ümummilli lider Heydər Əliyevin Nizami yaradıcılığına, şəxsiyyətinə çox böyük dəyər verdiyini söyləyən Nizami Cəfərov dünya azərbaycanlılarının Lideri, Prezident İlham Əliyevin də müasir dünyada Nizamini tanıtmağın çox müxtəlif yollarının, üsullarının kəşfi ilə fərqləndiyini söyləyib. Bu mənada qeyd edib ki, Azərbaycan Prezidentin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi çox dərin ictimai-siyasi məzmun daşıyır.

Çıxış edən Veteranlar Şurasının üzvü Tahir Məmmədovun sözlərinə görə, Azərbaycan xalqının görkəmli şairi və dahi mütəfəkkiri, böyük söz ustadı Nizami Gəncəvi təkcə Azərbaycan ədəbiyyatını deyil, bütün dünyanın söz xəzinəsini bədii olaraq zənginləşdirib. Şairin əsərlərində obrazı yaradılan, dolğun bədii boyalarla təsvir olunan kərpickəsənlər, daş yonanlar, böyük məqbərələri ərsəyə gətirən memarlar, nəqqaş və sazəndələr, xəttatlar bu gün obrazlı şəkildə qeyd etsək, Azərbaycanın işğaldan azad olunmuş kəndlərində, şəhərlərində qızğın quruculuq işləri ilə məşğuldurlar.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının fəalı Ayna Əlixanova Nizami Gəncəvi yaradıcılığından, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, Nizami Gəncəvin mənəvi zənginliyi hər şeydən üstün tutub. O, özünü ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami Gəncəvi dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün, eləcə də gələcək nəsillər üçün daim ilham mənbəyi olacaqdır.

Müzakirə şəklində davam edən videokonfransda partiya fəalları - Elnur Tağıyevin, Gülər Bayramın və Varis Rüstəmovun sualları cavablandırılıb.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə “Nizami Gəncəvinin müasirliyi” mövzusunda videokonfrans keçirilib
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə “Nizami Gəncəvinin müasirliyi” mövzusunda videokonfrans keçirilib
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə “Nizami Gəncəvinin müasirliyi” mövzusunda videokonfrans keçirilib

Son xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

"SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ" LAYİHƏSİ BARƏDƏ DÜŞÜNCƏLƏRİM...

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930