Azərbaycanın məhkəmə-hüquq islahatlarına böyük maraq göstərilir
Martın 31-də ədliyyə naziri, Beynəlxalq Antikkorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti Fikrət Məmmədov respublikamızda səfərdə olan Litvanın korrupsiya cinayətlərinin istintaqını aparan Xüsusi Xidmətin və korrupsiyaya qarşı ixtisaslaşmış beynəlxalq təşkilatların (EPAC/EACN) rəhbəri Jidrunas Bartkus ilə görüşüb.

Turaztv.az xəbər verir: Ədliyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanlıların Soyqırımı Gününə təsadüf edən görüşdə qonaq 1918-ci ildə erməni-bolşevik birləşmələrinin törətdiyi və on minlərlə dinc insanın qətli ilə nəticələnən soyqırımı barədə məlumatlandırılıb, müstəqilliyimizin bərpasının ilk illərində də ölkəmizin erməni işğalına, Xocalı soyqırımına məruz qaldığı və bu faciənin bir çox dövlətlər tərəfindən soyqırımı aktı kimi tanındığı bildirilib.

Xalqımıza qarşı törədilən soyqırımına həsr olunan elektron ekspozisiyalarla tanış olan qonağa bununla bağlı nazirlikdə keçirilən tədbirlər barədə məlumat verilib.

Eyni zamanda, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə nəticəsində torpaqlarımızın 30 illik işğaldan azad edildiyi və büsbütün dağıdılmış ərazilərimizin dirçəldilməsi ilə bağlı dövlətimizin başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə hazırda nəhəng bərpa-quruculuq işlərinin aparıldığı vurğulanıb.

Görüşdə nazir Azərbaycan-Litva tarixi dostluq münasibətlərini qeyd edərək bu əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdirildiyini, 2001-ci ildə hüquqi sahədə bağlanmış müqavilələrin dövlətlərarası ilk sənədlər olduğunu, iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair Sazişin səmərəli implementasiyasını bildirib.

Ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edən qonaq xalqlarımızın oxşar tarixə malik olduğunu vurğulayıb, Azərbaycanın Litva üçün dost dövlət olduğunu qeyd edərək əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib, təmsil etdiyi qurumun bu il yaradılmasının 25 illiyinin tamam olduğunu bildirərək Xüsusi İstintaq Xidmətinin fəaliyyəti, respublikamızın Baş Prokurorluğu ilə birgə layihənin təşviqini vurğulayıb.

Görüşdə həmsöhbətlərin rəhbərləri olduqları beynəlxalq antikorrupsiya təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu sosial bəlaya qarşı ölkəmizdə həyata keçirilən tədbirlərə, o cümlədən məhkəmə-hüquq sistemində islahatlara maraq göstərilib.

Bildirilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı qəti mübarizə aparılaraq bu sahədə beynəlxalq əməkdaşlığa mühüm önəm verilir. Azərbaycan dünyanın 140 dövlətini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) həmtəsisçilərindən biri olmaqla onun işində daim fəal iştirak edir. Qurumun vitse-prezidenti F.Məmmədov Şərqi Avropa regionu üzrə koordinatoru olmaqla IAACA-nın əlaqələrinin genişləndirilməsi, ixtisaslaşmış beynəlxalq təşkilatlarla, antikorrupsiya şəbəkələri ilə əməkdaşlığın təşviqi üzrə tədbirlər görülür.

Görüşdə bu sahədə tədbirləri yüksək qiymətləndirən J.Bartkus Azərbaycanın qlobal səylərini dəstəklədiyini, Litvanın IAACA-nın işində iştirak etməyə hazır olduğunu söyləyib, eyni zamanda, rəhbəri olduğu Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) Assosiasiya ilə əməkdaşlıq barədə razılığa gəlinərək qurumların rəhbərlərinin görüşlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Eyni zamanda, dövlət başçısının rəhbərliyi ilə, xüsusilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmana uyğun olaraq görülən işlər barədə ətraflı məlumat verilərək bu sahədə şəffaflığa yönələn tədbirlər, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyi və özünüidarə fəaliyyəti, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, Dünya Bankının iştirakı ilə yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradılması və “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, məhkəmələrin maliyyə müstəqilliyinin təmin olunması maraqla qarşılanaraq təqdir olunub. Qonaq bu sahədə təcrübəmizin, xüsusilə məhkəmə sistemində korrupsiyaya qarşı mexanizmlərinin beynəlxalq səviyyədə öyrənilməsinin və tətbiqinin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı, həmçinin ədliyyə sahəsində faydalı fikir mübadiləsi aparılaraq probasiya xidmətinin fəaliyyəti, elektron qolbaqların tətbiqi, penitensiar infrastrukturun müasirləşdirilməsi, bu günlərdə cəmiyyətimizin həssas təbəqəsi olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni müəssisələrin istifadəyə verilməsi, məhkumların hüquqlarının təminatına daim xüsusi önəm verən ölkə Prezidenti İlham Əliyevin həmin müəssisələrdə yaradılan şəraitlə tanışlığı qeyd edilib.

Qonaq nazirlikdə ədliyyə tarixinə və Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş muzeylərlə tanış olub.

Son xəbərlər

Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib

DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib

ŞƏFAQƏT RƏSULOV – 75

Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB

Xəzərə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxıldı - FOTOLAR

İtkin-şəhid Yarməmməd Nuriyev Xaçmazda dəfn olundu

Sabah 35 dərəcə isti olacaq

Sabiq rektor Nurlana Əliyeva vəfat etdi

ŞƏHİDLİK MÖVZUSU TARİXİN QAN YADDAŞI - FOTO

Elgiz Əkbərin anası vəfat etdi

Peyvəndlər həqiqətən təhlükəlidirmi? - Həkimlər miflərdən danışdılar

"BakıKart" bahalaşdı

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib

Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Leyla Əliyeva Şəkidə uşaq evinin sakinləri ilə görüşdü - FOTOLAR

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

“Monaco Residence” - “Sea Breeze”də Ayparanın önündə möhtəşəm layihə

Oktay Kaynarca Fahriye Evcenlə tərəf müqabili oldu

Serialdakı gəlinlik düşərli oldu - Evlənəcək

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

İran, ABŞ və Livan birgə komitə yaradacaqlar

"Şamaxı Peşə Liseyi" PHŞ-də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Məzun Günü" tədbiri keçirildi - FOTOLAR

Sanksiyaların dayandırılmasından sonra İran nefti 20% bahalaşıb - Qalibaf

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031