Novruz bayramı-Xalqımızın mənəvi dəyərlərini ehtiva edən mədəniyyət hadisəsidir
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunur, bu münasibətlə ölkə başçısı xalqı rəsmi müraciətlə təbrik edir. Minilliklər içərisindən keçib gələn bu qədim el bayramı tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, öz gözəlliyini indi də saxlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf yönümündən baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında bayram kimi qeyd olunur. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir.
Novruz bayramı sovetlər birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti dolayı şəkildə önə çəkilmişdir. Ötən əsrin 70-ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapırdı. Hər dəfə "Dəli Kür" filmini seyr edəndə Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Bəli, məhz müdrik rəhbərin qayğısı ilə o illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra musibətlər, faciələr aradan qaldırılmış, vətəndaş qarşıdurmasının qarşısı alınmışdır. Bununla bərabər ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu, maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrildi. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatdı, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzuladı.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 20 mart tarixində Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində nitqi zamanı söylədiyi unudulmaz və tarixi sözlər “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” bu gün Ölkə Prezidenti, Partiyamızın sədri cənab İlham Əliyev tərəfindən reallığa çevrildi. Həqiqətəndə Azərbaycan xalqı üçün qürurverici, möhtəşəm bir tarixi hadisədir. Vətən müharibəsində - Qarabağ savaşında qazanılmış Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir. İkinci Qarabağ müharibəsində, 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri azad edilərkən Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın sədri İlham Əliyevin qalib Ali Baş Komandan kimi ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etməklə bu böyük dövlət xadiminin də arzularını həyata keçirdiyini bəyan etmişdir. Bu mənada, Dağlıq Qarabağda Prezident İlham Əliyevin Dəmir Yumruğu ilə qazanılmış tarixi Zəfər həm də müstəqil Azərbaycan dövlətinin strateji məqsədlərinin həyata keçirilməsi deməkdir.Odlar yurdu olan doğma Azərbaycanın zəngin ənənələrə malik olması, Ölkə rəhbərinin milli-mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğısı biz gəncləri daha da ruhlandırır, fəaliyyətimizə müsbət aura bəxş edir. Qalib xalqın Qalib nümayəndəsi kimi cənab İlham Əliyevin rəhbərliyi ilə hər gün inkişafın pik həddinə çatan Azərbaycanın vətəndaşı olmaq böyük iftixar hissidir. Novruz bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edir, möhkəm cansağlığı arzulayır və Uca Tanrıdan xalqımızın xoşbəxt gələcəyi üçün bu gün ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın və uğurlu inkişafın əbədi olmasını diləyirəm.

Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının əməkdaşı.

Son xəbərlər

DƏRDLİ İNSANIN SƏSSİZ DÜNYASI - FOTOLAR

Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər

Əhaliyə pul paylamağı təklif etdi

Rza Tamer vəfat etdi

Serialdakı sevgi gerçək oldu

Özü sərvət içində yaşayır, qardaşı isə küçələrdə dilənir - Fotolar

Türkiyədəki faciəyə görə bu seriallar da efirə getmədi

“Zara”nın sahibi dünyanın ən böyük “əmlak kralı” oldu

Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı baş sağlığı verib

Azərbaycanda duru yağ istehsalı artıb, kərə yağı istehsalı isə azalıb

Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"

"SARI AŞIQ" ƏDƏBİ MƏCLİSİNİN APREL GÖRÜŞÜ..

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var

Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib

ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək

Türkiyədən mühüm addım - 3 ölkə ilə ittifaq yaradılır

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

MN-in Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisinin məhkəməsi başlayıb

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

Rusiya Ukraynanın üç bölgəsinə zərbələr endirib: 14 nəfər ölüb, 100 nəfər xəsarət alıb

Növbəti həftə Azərbaycanda vaksinasiyadan kənarda qalan uşaqlar peyvəndə cəlb ediləcək

UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930