
Xəbərlər
17.09.2019, 10:35
Bakı metrosunda qanlı dava

Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Turaztv.az APA-ya istinadla xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu” stansiyasının girişində baş verib.
Belə ki, naməlum şəxslə mübahisə zəmnində 25 yaşlı Ceyhun Hüseynov budundan bıçaqlanıb. O arteriya damarından bıçaqlandığı üçün çoxlu qan itirib. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












