
Xəbərlər
30.07.2019, 11:34
Sabir bağının yanında qanlı olay

Səbail rayonunda 23 yaşlı oğlan bıçaqlanıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, hadisə Sabir bağının yaxınlığında baş verib.
1996-cı il təvəllüdlü Talıbov Kamran Akif oğlu bağın yaxınlığında tanımadığı şəxs tərəfindən bıçaqlanaraq xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









