Mehdiabad qəsəbə qəbirstanlığında 400 şəhid plakatı üçün xüsusi yer ayrılıb

ATATV.AZ xəbər verir ki, Abşeron rayon Mehdiabad qəsəbə qəbirstanlığında Şəhidlər Xiyabanı üçün xüsusi yer ayrılıb. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin göstərişi ilə ayrılan ərazidə ancaq Abşeron rayon və Sumqayıt şəhərindən Vətən savaşında həlak olan 400 şəhidin böyüdülmüş plakatı yerləşdiriləcək. Hazırda ayrılan boş torpaq sahəsi hasara alınıb və daxilində hazırlıq, abadlıq işləri görülür. Çınqıl və qum ehtiyyatı tökülərək ərazi plakatların yerləşdirilməsi üçün tam hazır vəziyyətə gətirilir.
Məlumat olaraq bildirək ki, həmin qəbirstanlıqda yeganə şəhid məzarı var ki, o da ikinci Qarabağ savaşının şəhidi Heydərov Ədalət Qadir oğluna məxsusdur. Məhz bu idea da şəhid atası Ədalət Heydərovun xahişi ilə həyata keçirilib. Məzarlıqda tək uyuyan oğulunun ruhu şad olsun deyə, ərazidə onun məzarlığına yaxın yerdə şəhidlərin xatirə kompleksinin yaradılması təklifi yerinə yetirilib. Bu barədə ATATV.AZ-a müsahibə verən ata işlərin may ayına qədər yekunlaşacağını bildirdi.
“Mənim oğlum burda Mehdiabad qəbirstanlığında şəhid kimi tək idi. Bu təkliyi aradan qaldırmaq üçün təşəkkür edirəm Abşeron rayon icra hakimiyyəti başçısı Abdin Fərzəliyevə yəqin ki, burda Şəhidlər Xiyabanı yaradılır. Burda abadlıq işləri gedir. Burda Abşeron rayonundan olacaq, Sumqayıt şəhərindən olacaq. Hardasa 400-ə yaxın şəhidin plakatı olacaq. Bizim indi bircə amal üçün yaşayırıq, ancaq şəhidlərimizin xatirəsini unutmayaq. Yalnız öz oğlumdan getmir. Mənim əlimdə olsaydı bütün şəhdilərin şəkillərini vurardım.Gediləcək yerə qədər şəhid şəkilləri vurulacaq. İnşəallah may ayının 11-nə qədər yekunlaşacaq, oğlumun ad gününə qədər”
Qeyd edək ki, Qadir Ədalət oğlu Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonunun Əsədli kəndində doğulub. O, Bakı şəhərindəki 59 saylı məktəbdə 5-ci sinfə qədər oxuduqdan sonra təhsilini Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 1 saylı tam orta məktəbdə davam etdirib və həmin məktəbi 2016-cı ildə bitirib. O, 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb.
Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib.
Heydərov Qadir Ədalət oğlu 29 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhid olub.
24 yaşlı şəhidimiz Qadir Heydərov Abşeron rayonu, Mehdiabad qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Qadir Heydərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Rasafil Bayramov
İXA MMC və ATATV.AZ xəbər portalının rəhbəri
Günel İsayeva
ATATV.AZ xəbər portalının xüsusi müxbiri

Mehdiabad qəsəbə qəbirstanlığında 400 şəhid plakatı üçün xüsusi yer ayrılıb
Mehdiabad qəsəbə qəbirstanlığında 400 şəhid plakatı üçün xüsusi yer ayrılıb
Mehdiabad qəsəbə qəbirstanlığında 400 şəhid plakatı üçün xüsusi yer ayrılıb

Son xəbərlər

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31