Azərbaycanda şəhid ailəsinin evi yandı
Quba rayonu Qarxun kəndində baş verən yanğında maddi zərər görmüş ailələrə yardım edilib.

Bu barədə Oxu.Az-a Quba Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, Qarxun kəndində baş verən yanğında 3 ev yanaraq kül olub:

"Fevralın yeddisi rayon mərkəzindən 75 kilometr aralıda yerləşən Qarxun kəndində ot tayasından başlayan yanğın geniş əraziyə yayılıb. Hadisə nəticəsində üç yaşayış evi, altı tövlə və dörd ot tayası yanıb. Ailələrə dəymiş ziyanın müəyyən hissəsi İcra Hakimiyyətinin daxili imkanları hesabına ödənilib. Hadisə yerinə baş çəkən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev yanğın zamanı zərərçəkən ailələrə yardım ediləcəyini bildirib.

Kəskin hava şəraiti ilə əlaqədar kənddə hər hansı tədbir görmək olmur. Ucqar dağ kəndidir. Hava şəraiti bir qədər normallaşdıqdan sonra ərazidə zəruri işlərin görülməsinə başlanılacaq. Ucqar dağ kəndində ailələrin çoxu heyvandarlıqla məşğuldur. Müvəqqəti olaraq ot alınması üçün ailələrə müəyyən məbləğdə pul ödənilib. Bütün bunlar icra hakimiyyətinin diqqətində saxlanılır. İstər şəhid ailəsi olsun, istərsə də digər şəxslər, hadisə nəticəsində maddi ziyan dəymiş ailələrin hər birinə yardım göstəriləcək".

Xatırladaq ki, fevralın 7-si rayon mərkəzindən 75 kilometr aralıda yerləşən Qarxun kəndindəki yanğın ot tayasından başlayıb. Qısa zamanda genişlənən alov yaxınlıqdakı evlərə keçib. Nəticədə 100 və 80 kvadratmetr olan iki ev, sahəsi 100 kvadratmetr olan digər evin 30 kvadratı, eləcə də ümumi sahəsi 120 kvadratmetr olan 6 tövlə və 4 ot tayası yanıb.

Yanğın hadisəsində yanan evlərdən biri də şəhid Bayramov Famil Rafiq oğlunun ailəsinə məxsus olub. Famil 1994-cü il yanvarın 20-də Tərtər uğrunda gedən döyüşlərdə şəhid olub. Ev yananda şəhidin bütün xatirələri də yanıb kül olub.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31