Əhliman Əmiraslanov: Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı uğurla icra edilir
Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. İnfrastruktur xarakterli tədbirlər - su, elektrik, istilik və sair təchizat sahələrində ciddi addımlar atılır. Ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görülür. Bütün bunlar sözün əsl mənasında Böyük Qayıdış nümunəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov söyləyib.

Onun sözlərinə görə, 28 illik işğal dövründə ermənilərin tamamilə viran qoyduqları Ağdamın da yenidən qurulması üçün görülən işlər gündən-günə sürətlənir. Prezident İlham Əliyev fevralın 13-də Ağdam rayonuna səfəri zamanı çıxışında bildirib ki, bu rayonun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verəcək ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun: “Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq”.

İşğaldan azad edilmiş ərazilərdə başlanan bərpa-quruculuq işlərinin gündən-günə sürətləndiyini, genişmiqyaslı layihələrin uğurla icra olunduğunu vurğulayan deputat deyib: “Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. İnşa olunan 1 nömrəli məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır. Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təxminən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri xüsusilə qeyd edib ki, tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə yarıdağılmış Ağdam məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun.

Son xəbərlər

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bu nişanlı cütlüyü 189 ölkədə axtarırlar

Ağstafada qəza oldu - Ölən və yaralanan var

Elbrusda son beş gündə 7 nəfər öldü

Daha bir ölkənin nüvə silahı əldə etməsinə qarşıdırlar

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031