Xəbərlər
14.02.2022, 21:58
ÜST-ün baş direktoru: 110-dan çox ölkə peyvənd hədəfimizdən geri qalır
Hazırda dünyanın 116 ölkəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci ilin ortalarına qədər hər bir ölkədə əhalinin ən azı 70 faizinin peyvənd edilməsi məqsədinə çata bilmir.
AZƏRTAC TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Hazırda 116 ölkə əhalinin 70 faizinin peyvənd etmək kimi hədəfimizdən geri qalır”,- deyə Qebreyesus bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bəzi ölkələrdə əhalinin peyvəndə əlçatanlığının aşağı olması koronavirusun digər variantlarının yayılmasına səbəb olur.
Qebreyesus bəşəriyyətin bu il pandemiyanı nəzarət altına ala biləcəyini söyləyib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay