Bakı polisindən SƏRT XƏBƏRDARLIQ
Sentyabrın 4-də bəzi xəbər saytlarında "Bakıda sahibkarı belə aldatdılar” yazısı altında vətəndaşın şikayətinə polisin etinasız yanaşması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.

Bu barədə Bakı Şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Anews.az-a bildirib.

Qurum rəsmisi vurğulayıb ki, vətəndaşın 102 Zəng Mərkəzinə müraciəti ərazi üzrə Səbail RPİ-yə ötürülüb və fakt üzrə müvafiq təxirəsalınmaz tədbirlər görülüb:

"Polisin vətəndaş müraciətinə etinasızlığı ilə bağlı deyilənlər həqiqətdən uzaqdır, dələduzluğa məruz qalan şəxs Baş İdarəyə dəvət olunaraq, görülən işlər onun diqqətinə çatdırılıb”.

Xidmət rəisi vurğulayıb ki, Səbail RPİ 9-cü Polis Bölməsində vətəndaşın etibarından sui-istifadə edən, müxtəlif adlar və qiyafələrdə sahibkarlara özünü "Hacı Ramin” kimi təqdim edən, 1988-ci il təvəllüdlü, Lənkəran şəhərində anadan olan 26 iyul 2019-cü ildən Səbail RPİ tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə axtarışı elan edilən Kərimov Cəbrayıl Mikayıl oğlu olduğu müəyyən edilib.

Fakt üzrə toplanan material axtarışda olan C.Kərimov barəsində olan digər cinayət işinə əlavə edilib:

"İctimai təhlükəli əməldə şübhəli bilinən şəxs avqustun 31-də "Sədərək” Ticarət Mərkəzinə gələrək uşaq oyuncaqları mağazasından 3000 manat dəyərində oyuncaqları yeni açdığı mağazaya tədarük edəcəyini deyərək ünvana çatdırılması üçün sifariş verib. Yolda sahibkarın etibarından sui-istifadə edərək ondan 210 manat alaraq, gedəcəkləri ünvanda qaytaracağını vəd edib, lakin avtomobildən düşərək naməlum istiqamətə gedərək qayıtmayıb”.

E.Hacıyev əlavə edib ki, C.Kərimov 2018-ci ildə həmin ticarət mərkəzindən sahibkarların etibarından sui-istifadə edərək birindən 3000 manat, digərindən 1050 manat dəyərində kompüter dəstlərini, 2019-cü ildə başqa ticarət obyektindən 1500 və 600 manat dəyərində məhsulları analoji üsulla talayıb:

"O, toplanan matreriallar üzrə cari ilin iyun ayında saxlanaraq Xəzər RPİ-yə təhvil verilib və barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsə də, istintaqdan yayındığına görə iyunun 25-də axtarışı elan olunub.

Şübhəli şəxs başqa-başqa adlar altında və qiyafələrdə hərəkət edir, dələduzluq əməllərini davam etdirir. Sahibkarlara diqqətli olmağı, onu görüb tanıyanlardan polisə məlumat vermələri tövsiyə olunur.

Hazırda C.Kərimovun saxlanılması ilə bağlı polis tərəfindən müvafiq tədbirlər davam etdirilir”.

Son xəbərlər

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

İldırım ƏLİŞOĞLU : Arzu,ürək və biz - FOTO

Bazar gününə olan hava proqnozu açıqlanıb

Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn olunacaq - Yenilənib

Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31