
Xəbərlər
4.02.2022, 22:03
Belədir dünya - Beydulla QARAYEV
Belədir dünya.
*** *** ***
Dostum,soruşma sən dünyanın halın,
Əzəldən belədir, belədir dünya.
Ədalət axtarıb özünü yorma,
Əzəldən belədir, belədir dünya!
Dünyanın hər üzün keçib görmüşəm,
Əcəl şərbətini içib görmüşəm.
Haqq sözün deyəni biçib, görmüşəm,
Əzəldən belədir, belədir dünya!
Dəliyə hel verib,əlinə beli,
Əyriyə,quldura,namərdə dili.
Aqili,alimi eyləyib dəli,
Əzəldən belədir, belədir dünya!
İtib hörmət, İzzət, yox olub qardaş,
Düşmən kəsilibdir qardaşa qardaş.
Qalmayıb etibar, qalmayıb sirdaş,
Əzəldən belədir, belədir dünya!
Gəraylıyam,sözüm bitməz, tükənməz.
Qardaşın etdiyin,düşməndə etməz.
Dünyanın halını deməklə bitməz,
Əzəldən belədir, belədir dünya!
B.Gəraylı...04.02.2022...Şamaxı..
*** *** ***
Dostum,soruşma sən dünyanın halın,
Əzəldən belədir, belədir dünya.
Ədalət axtarıb özünü yorma,
Əzəldən belədir, belədir dünya!
Dünyanın hər üzün keçib görmüşəm,
Əcəl şərbətini içib görmüşəm.
Haqq sözün deyəni biçib, görmüşəm,
Əzəldən belədir, belədir dünya!
Dəliyə hel verib,əlinə beli,
Əyriyə,quldura,namərdə dili.
Aqili,alimi eyləyib dəli,
Əzəldən belədir, belədir dünya!
İtib hörmət, İzzət, yox olub qardaş,
Düşmən kəsilibdir qardaşa qardaş.
Qalmayıb etibar, qalmayıb sirdaş,
Əzəldən belədir, belədir dünya!
Gəraylıyam,sözüm bitməz, tükənməz.
Qardaşın etdiyin,düşməndə etməz.
Dünyanın halını deməklə bitməz,
Əzəldən belədir, belədir dünya!
B.Gəraylı...04.02.2022...Şamaxı..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












