Xəbərlər
28.12.2021, 23:56
Şəhla Xəlilqızı - Bayatılar
BAYATILAR
Sapın bağına bax sən,
Rəngin ağına bax sən,
Mən yadına düşəndə
Komrad dağına bax sən.
Əzizinəm dilə düşdü,
Söz verdi dilə düşdü,
Vədənə xilaf çıxdın,
Əhtimiz külə düşdü.
Dızaxlının sonası,
Eşq odunda yanası,
Zalım qızı söz verdi .
Əhdi pozdu anası,
Əzizinəm gül yaxşı ,
Çəmə yaxşı gül yaxşı,
Fələyə çox yalvardım.
Oda kəm yazdı naxışı,
Eləmi burdan getdi,
Karvaın burdan getdi,
Mən yolunu gözlədim,
Sən isə gözdən itdin.
Əzizinəm oxu dedim,
Bülbülə oxu dedim,
Gülün solğun baxışı.
Bülbülə qoxu dedim.
Müəllif Şəhla Xəlilqızı.
28.12.2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











