Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir
Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizə səfərdədir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadiləsinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.


Nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə tanış olub. Sonra qonaqlar təhsil nazirinin müavini İdris İsayevlə görüşüblər. Görüşdə iki ölkənin təhsil sistemində peşə təhsilinin rolu və əhəmiyyəti vurğulanıb, əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Heyət Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə də baş çəkib, müəssisənin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub. Mərkəzlə tanışlıqdan sonra bu müəssisə ilə Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi arasında qardaşlıq sazişi imzalanıb.

Türkiyəli qonaqlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi - agentliyin direktoru Valeh Mirzalıyev, direktor müavini Ceyhun Kərəmov və şöbə müdirləri ilə də görüşüb.

Səfər çərçivəsində, həmçinin digər peşə məktəbləri ilə mümkün əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031