Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək
Ədliyyə Nazirliyinin bölgələrdə yerləşən icra və probasiya, habelə qeydiyyat qurumlarının (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) hazırlıqlı gənc hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə noyabr ayının 26-da keçiriləcək.

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə imtahan müsabiqədə iştirak üçün müraciət etmiş ilk 98 namizədlə keçiriləcək və onlara bu barədə fərdi qaydada məlumat verilib.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

Qaydalara əsasən test imtahanının nəticəsinə görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi, həmçinin onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

Xatırladaq ki, namizədlərin imtahanlara hazırlaşmalarına dair metodiki xülasə və müsabiqənin keçirilməsi qaydaları ilə nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və qeydə alınan namizədlərin elektron kabinetlərində tanış olmaq mümkündür. Bu sənədlər, habelə yerli ədliyyə qurumlarına müraciət edənlərə təqdim olunur.

Müsabiqədə iştirak edən hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında davamlı hazırlıq kursları keçirilir (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Hazırda müsabiqədə iştirakla bağlı ərizə qəbulu davam edir və nazirliyin bölgələrdəki yerli qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər (www.exidmet.justice.gov.az). Müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanları keçiriləcəkdir.

Əlavə məlumatları nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.

Son xəbərlər

Vətən qızı Brilyant Atəş : İSTƏ - FOTO

ABŞ İrana gedən tankerə zərbə endirib

Qismətim deyilsən - FOTO

Alıcan İsgəndərli : " DOST DOSTA TƏN GƏRƏK... " - FOTO

Onlar da narkotik istifadəçisi imiş

“Güller ve günahlar”da ayrılıq - FOTO

Tərəf müqabili oldular

Xatirə İsmayılova : Hər xəmirdən çörək olmaz, nan olmaz - FOTO

Kimlərə güzəştli kreditlər veriləcək?

Bir Mayis Əlizadə var idi... - FOTO

İLLƏRİN AYIRA BİLMƏDİYİ DOSTLUQ - FOTO

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930