Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatıbDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 19-da dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə aid vəzifə qrupları (AB, AC) üzrə test imtahanı keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ona nəticələrə dair arayış təqdim olunub.


COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün sentyabrın 20-dən oktyabrın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələrilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə təqdim etməlidir.

Namizədlər malik olduğu sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 20-22 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Son xəbərlər

Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı

“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031