Mənəvi dəyərlər və müasir gənclik“Müasir İnkişaf” İctimai Birliyinin, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə icra edilən “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi üzrə “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik” adlı elmi seminar keçirilib.

Tədbirdə çıxış edən ADPU-nun Tarix və Coğrafiya fakültəsinin “Azərbaycan tarixi” kafedrasının müdiri, dosent Naibə Əhmədova milli-mənəvi dəyərlərin qorunması istiqamətində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördüyü işlərdən bəhs edib. O, Dini Komitənin yaradılmasını, tarixi abidə və məscidlərimizin qorunmasını, mənəvi dəyərlərimizin təbliği ilə bağlı görülən işləri müsbət məqamlar kimi qeyd edib.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü QHT-lərin, dövlət qurumlarının, alimlərin, ictimai xadimlərin, medianın mənəvi dəyərlərin qorunması ilə bağlı çalışmalrından, aparılan təbliğat işlərinin 44 günlük Vətən müharibəsində də özünü göstərməsindən çıxış edib. M.Göyüşlü tədbir iştirakçısı olan gənclərə müraciət edərək onları əldə olunan qələbəni qorumağa və daha da möhkəmləndirməyə səsləyib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov dəyərlər, onun dəyişilməsi, yenilənməsi ilə bağlı fikirlərini bölüşüb. M.İsmayılov Qərb və Şərq dəyərlərindən danışaraq onların müqayisəli təhlilini aparıb.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə doktoru Əhməd Niyazov dinlər haqqında ümumi məlumat verdikdən sonra, İslam haqqında, onun gözəllikləri barəsində fikirlərini çatdırıb. Ə.Niyazov bir sıra radikal qrupların mənfi əməllərindən bəhs edərək onların İslama aidiyyatı olmadığını vurğulayıb.

ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dosenti Mübariz Ağalarlı şanlı tarixi keçmişdən danışaraq onu yaşatmağın əhəmiyyətindən söz açıb. O, İslam dinində sünni-şiə ixtilafı yaratmaq istəyənlərin əməllərini pisləyərək Nadir şah Əfşarın bu məsələdə göstərdiyi çalışmaları örnək almağı vacib sayıb.

ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi Anar Salehoğlu (Qarayev) mənəvi dəyərlərin qorunmasının vacibliyindən, bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib.
Sonda belə tədbirlərin QHT-lərin, alimlərin, gənclərin, ictimai xadimlərin, jurnalistlərin və s. iştirakı ilə müntəzəm keçirilməsinin vacibliyi vurğulanıb.

Turaztv.az

Mənəvi dəyərlər və müasir gənclik
Mənəvi dəyərlər və müasir gənclik
Mənəvi dəyərlər və müasir gənclik
Mənəvi dəyərlər və müasir gənclik
Mənəvi dəyərlər və müasir gənclik
Mənəvi dəyərlər və müasir gənclik
Mənəvi dəyərlər və müasir gənclik

Son xəbərlər

Venesuelada 4,8 bal gücündə zəlzələ baş verib

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

"Möhtəşəm zərbə ilə görüşü tamamladım" - Rafael Fiziyev

MƏMMƏD QƏDİR : A Məmməd, rəhmət yenə çöldəki şeytanlara - FOTO

Bu ovqat səninçün bir peşə, Vahid - FOTO

Azərbaycan cüdoçuları Çexiyadakı turnirdə 3 medal qazanıblar

Tanınmış alpinist infarkt keçirdi - Foto

İsti hava xəbərdarlığı “isti hava” konfransını təxirə saldı

Venesuelada ölənlərin sayı - 1430-a çatdı

Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”

4 ildir sevgili olsalar da, evlənmək istəmir

DÖYÜŞ YOLDAŞLARIM... - Xatirə-oçerk

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Çovdar çörəyinin bilinməyən faydaları

Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır

UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb

Prezidentin qızları bulvarda festivalda - Fotolar

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Muğamın sehri, sənətin ucalığı - FOTO

XATİRƏ İSMAYILOVA : 26 İyun Silahlı Qüvvələr Günü

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930