Zəfərimiz, bayrağımız və mənəvi dəyərlərimiz müzakirə edildi“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə icra olunan “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsinin növbəti tədbiri onlayn formatda keçirilib. Tədbir Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilati dəstəyi ilə baş tutub və Zəfər gününə, Bayraq gününə həsr olunub.
AVH-nin icraçı direktoru, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü layihənin məqsədindən, görülən işlərdən və perspektiv planlardan bəhs edib. O, 44 günlük qələbənin qazanılmasında dəyərlərimizin, xüsusilə də mənəvi dəyərlərimizin çox böyük təsirinin olduğunu qeyd etdi.
ADNSU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor, “Şuşa. Pənahabad” kitabının müəllifi Camal Mustafayev 44 günlük müharibənin dönüş nöqtəsi olan Şuşa haqqında tarixi bilgilərini bölüşüb. Professor Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin tarixi, yerləşdiyi coğrafi mövqe, onun əhəmiyyəti və s. haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verdi.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov şəhidlik fəlsəfəsi haqqında çıxış etdi. O, Qarabağı işğaldan azad edərkən şəhid olan hərbiçilərimizin, vətəndaşlarımızın ən ali məqamda olduqlarını qeyd etdi.
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Elmar Məhərrəmov mənəvi dəyərlərimiz, tarix şüuru, milli kimliyimiz və s. mövzular ətrafında fikirlərini çatdırdı.
Antalya-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Ceyran Səttarova Türkiyədə, Antalyada gördükləri işlərlə, xüsusən də II Qarabağ müharibəsi ilə bağlı fikirlərini bölüşdü.
AVH-nin Məclis üzvü, dosent, t.ü.f.d. Mübariz Ağalarlı I Qarabağ müharibəsi haqqında danışıb. O, eyni zamanda II Qarabağ müharibəsi zamanı azad edilmiş yerlərdə azan verilməsini mənəvi dəyərlərə bağlılığın göstəricisi kimi qiymətləndirdi.
ADPU-nun tələbəsi Anar Salehoğlu Ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin dövründə görülmüş işlərdən, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə II Qarabağ müharibəsində əldə edilən zəfərdən söz açdı.
AVH-nin İdarə Heyətinin üzvü, əməkdar müəllim Aydın Allahverdiyev Azərbaycan xalqının, türk millətinin xüsusiyyətlərindən, mərdliyindən, qəhrəmanlığından və s. bəhs edib.
AVH-nin İdarə Heyətinin üzvü, tarixçi alim, dosent Hacı Həsənov Şuşa qələbəsinin mənəvi dəyərlərimizi daha da zənginləşdirdiyini qeyd etdi. O, Şuşa qalibiyyətinin Gövhər Ağa məscidindən azan çəkilməsi vasitəsilə bəyan edilməsini, mənəvi dəyərlərimizi qorumağın vacibliyini və s. tədbir iştirakılarının diqqətinə çatdırdı.
Turaztv.az

Son xəbərlər

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31