Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq


Sabahdan "AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.

Tikinti işləri təxminən 10-11 ay davam edəcək və bu müddət ərzində qatarlar "Nizami" - "28 May" arasında fəaliyyət göstərməyəcək.

Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun icra olunur.

Layihənin əsas məqsədi "qırmızı" və "yaşıl" xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.

İşlər tamamlandıqdan sonra "İçərişəhər" istiqamətinə gedən sərnişinlər "28 May", "Dərnəgül" istiqamətinə gedənlər isə "Cəfər Cabbarlı" stansiyasının platformasından istifadə edəcəklər.

Bununla yanaşı, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.

Layihənin icrası çərçivəsində "yaşıl" xəttə xidmət göstərəcək "Dərnəgül" elektrik deposunun inşaatının ikinci mərhələsi başa çatmaq üzrədir. Bununla da "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin inşasına başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək.

İnşaat dövründə metroda hərəkət aşağıdakı kimi təşkil olunacaq:

- "28 May" - "Nizami" mənzili: bu iki stansiya arasında sərnişindaşıma dayandırılacaq. Bununla əlaqədar aparılmış birgə təhlillər əsasında artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə ekspres marşrutlar açılıb.

- "Qırmızı" xətt: "İçərişəhər" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunmaqla qatarlar "İçərişəhər" - "Əhmədli" marşrutu üzrə 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək. ("Əhmədli"- "Həzi Aslanov" mənzilində təmir başa çatanadək məkik hərəkət üzrə mövcud interval saxlanılacaq).

- "Yaşıl" xətt: Qatarlar "Dərnəgül" - "Nizami" marşrutu üzrə 3 dəqiqə 30 saniyəlik intervalla fəaliyyət göstərəcək.

- "Cəfər Cabbarlı" - "Xətai" mənzili: Məkik hərəkət rejimi dəyişməz qalacaq (interval 7 dəqiqə).

- "Bənövşəyi" xətt: "Xocəsən" - "8 Noyabr" marşrutu üzrə 8 dəqiqəlik interval qüvvədə saxlanılacaq.

"Qırmızı xətt" üzrə isə "İçərişəhər" dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Bu infrastrukturlar tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə intervalların 2 dəqiqəyədək azaldılması mümkün olacaq.

"28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. Belə ki, AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Bu gündən etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Bundan başqa bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı sabahdan artırılacaq.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.

Yeni ekspres xətləri bunlardır:

M1 - Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında

M2 - Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında

M3 - Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında

M4 - Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında

M5 - Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında

M6 - Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında.

Qeyd edək ki, avtobuslar ödənişli əsaslarla fəaliyyət göstərir.

Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı azaldılacaq.

Son xəbərlər

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31