Dövlət Vergi Xidməti: 17 min 774 təsərrüfat subyektində 2261 pozuntu halı müəyyən edilibTicarət obyektlərində aparılan monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi yoxlanılır.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, cari ilin oktyabr ayının 25-dən başlayaraq Dövlət Vergi Xidməti tərəfindən sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə intensiv şəkildə monitorinqlər aparılır.


Monitorinqlər zamanı karantin qaydalarına tam riayət edilməsi məqsədilə işçilərin fərdi qoruyucu vasitələrlə təmin olunması, müştərilər arasında sosial ara məsafəsinin saxlanılması, eləcə də tibbi maskadan istifadə etməyən alıcıların ticarət məntəqələrinə daxil olmamasının vacibliyi bir daha vergiödəyicilərinin diqqətinə çatdırılır.

Ticarət obyektlərini əhatə edən növbəti monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial ara məsafəsinin gözlənilməsi halları yoxlanılıb. Vergi orqanı əməkdaşları tərəfindən 17 min 774 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 2261 pozuntu halı müəyyən edilib ki, bunların da 626-sı vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması, 1635-i isə işçi heyətinin tibbi maskadan istifadə etməməsi ilə əlaqədar olub. Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinə 632 min 700 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Dövlət Vergi Xidməti bir daha sahibkarların nəzərinə çatdırır ki, pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl olunmasına nəzarət məqsədilə ticarət məntəqələrində monitorinqlər davam etdiriləcək, pozuntu hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcək.

Son xəbərlər

Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır

UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

Prezidentin qızları bulvarda festivalda - Fotolar

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

Muğamın sehri, sənətin ucalığı - FOTO

XATİRƏ İSMAYILOVA : 26 İyun Silahlı Qüvvələr Günü

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

İraq üçün DÇ başa çatdı

Konqoda Ebolaya yoluxan və ölənlərin sayı artıb

Tramp İranı yenidən atəşkəs rejimini pozmaqda ittiham edib

Seneqal - İraq matçındailk hissə yekunlaşdı

Yayda hansı mələk rəqəmi sizə yol göstərəcək? - Doğum ayına görə PROQNOZ

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

"Neftçi" slovakiyalı hücumçunu transfer etdi

Azanı qadağan etməyə hazırlaşırlar

ATLAZ SƏTİRLƏR... (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)

ƏZİZƏ AĞAHÜSEYNQIZI : CƏBRAYIL HƏSRƏTLİ ŞAİR - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930