
Xəbərlər
2.11.2021, 20:26
Dövlət komitəsi qadın yazarların kitablarının sərgisini təşkil edəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində Zəfərimizin birinci ildönümü münasibətilə Bakı Kitab Mərkəzində tədbir keçiriləcək.
AQUPDK-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində qadın yazarların kitablarından ibarət sərginin və imza gününün təşkil olunması planlaşdırılır.
Sərginin keçirilməsində məqsəd ziyarətçiləri 44 günlük Vətən müharibəsinə həsr olunmuş kitablarla tanış etmək və qadın yazarlara kitablarının satışında dəstək olmaqdır.
Sərgidə iştirak etmək istəyən qadın müəlliflər AQUPDK-nin Qadın problemləri və gender məsələləri şöbəsi ilə (Əlaqə tel: 598-51-74) əlaqə saxlaya bilərlər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












