Xanlar Vəliyev ilk dəfə “Tərtər işi”ndən danışdı

Hərbi Prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı açıqlama verib.

Turaztv.az xəbər verir ki, X.Vəliyev bildirib ki, onlara daxil olan məlumat əsasında 2017-ci ilin may ayında cinayət işi başlanıb: "İstintaq zamanı bir neçə adamın dövlətə xəyanət etdiyi sübut olundu və onlara ittiham verildi, məhkəmə məsuliyyətinə cəlb olunmaları üçün haqlarında ittiham aktları ilə birlikdə cinayət işləri məhkəmələrə göndərildi. Məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərə hökm çıxarıldı. Sonra həmin hökmlərdən apellyasiya və kassasiya şikayətləri verildi. Göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvədə saxlanıldı.

Bununla yanaşı, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaqdan öncəki bir neçə gün dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik.

Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir. Mənim tələbimdə Müdafiə Nazirliyinin Tibb xidmətindən gələn böyük bir briqada həkimləri oradakı şəxsləri müayinə etdi. Çox ciddi fiziki zorakılıq tədbirlərinə məruz qalanlar Mərkəzi Hospitala yerləşdirildilər. Həmin adamların böyük bir qisminin həyatı xilas edildi. İşgəncə faktı ilə bağlı cinayət işi başlandı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Sonra barələrində müxtəlif uzunmüddətli azadlıqdan məhrumetmə ilə bağlı hökmlər verildi. Onların hökmdə verdikləri şikayətləri apellyasiya və kassasiya instansiyaları təmin etmədi".

Son xəbərlər

RƏQƏMLƏRİN DİLİNİ ANLAYAN İNSAN - FOTOLAR

Olmalıydın, olmadın... (Hekayə)

Bu ölkədə insanlar aclıqdan həyatlarını itirirlər

Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar - FOTOLAR

Şəhla Xəlilqızı. : NƏYİMƏ GƏRƏKDİR - FOTO

44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Ələkbərov Niyaməddin İsrafil oğlunun 12 iyul mövlud günüdü - FOTO

Gənc aktyorun ürəyi dayandı

Hacı Kərimov Avropa çempionu oldu

"Aİ Finlandiyanı Rusiya ilə müharibəyə sürükləyir"

QƏLƏMİ VƏ ŞƏXSİYYƏTİ İLƏ SEÇİLƏN ZİYALI – MÜŞFİQ BORÇALI.

Şirvanın Sabir nəfəsli şairi

Tovuz döyüşlərindən 6 il ötür

Ana-bala birlikdə məzun oldu - Foto

Ağ xalatın arxasındakı ürək - FOTOLAR

Bir ildə 22 kilo arıqladı - Fotolar

Son istifadə tarixi və... Qida etiketləri arasında fərq nədir?

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!- VİDEO

İcra başçısı Vətən müharibəsi iştirakçısına vəzifə verdi - FOTO

Çimərliklərə gedənlərin nəzərinə!

Zelenski: Rusiyanın hücumları nəticəsində Kiyevdə 11 nəfər xəsarət alıb

Britaniyalı keşiş yadplanetlilər haqqında gizli işarələrdən danışdı

Məşhur model şəxsi həyatı ilə bağlı kitab yazır

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

Bakıda növbəti daxili iməclik keçirilib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031