Noyabrda Bakıda Beynəlxalq Biznes Forum keçiriləcəkNoyabrın 14-17-də Bakıda 25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və forumun təsisçisi olan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək forum bir sıra ölkələrdən iş adamlarını və dövlət rəsmilərini bir araya gətirəcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, hər il müxtəlif ölkələrdə keçirilən forumun təşkilində başlıca məqsəd ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsidir. Bu məqsədlə forum çərçivəsində bir sıra konfranslar, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgilər və digər tədbirlər keçiriləcək.

Türkiyədə səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar arasında keçirilmiş görüşdə foruma hazırlıq işlərinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, bu ilin iyul ayında KOBİA və İBF arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq, foruma hazırlıq işləri davam etdirilir. Tədbir çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi də nəzərdə tutulur. Forum post-COVID dövründə də ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından iştirakçı ölkələr üçün faydalı olacaq.
Görüşdə KOBİA və MÜSİAD arasında yeni əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Noyabrda Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək
Noyabrda Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək

Son xəbərlər

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031