
Xəbərlər
4.10.2021, 01:47
Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib
Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ümumi sahəsi 110 m² (hər mərtəbəsi 55 m²) olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














