Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı? - AKTUAL

“Ərdoğanla görüş arzulayırsansa, müəyyən addımlar atmalısan”. Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Tayyib Ərdoğanla görüşməyi arzulayırsansa, (Nikol Paşinyan nəzərdə tutulur – red.) burada bəlli addımların atılması lazımdır. Görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar. İnşallah, Azərbaycan və Ermənistan arasındakı bu çətinlik dəhlizlərin açılması ilə ortadan qalxar”,- Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, Zəngəzur dəhlizinin açılıb-açılmaması siyasi məsələdir və ilk bundan başlamaq lazımdır.

R.T.Ərdoğanın açıqlamasını Bizimyol.info saytına şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Türkiyə prezidentinin Paşinyanın “siqnal”larına bu cür cavabı gözlənilən idi.

“Paşinyan vaxtaşırı olaraq Türkiyə ilə “müsbət siqnallar”dan danışır və İrəvan-Ankara arasında münasibətlərin normallaşmasından söz açır. Lakin o da yaxşı bilir ki, Ərdoğan dəhlizlə bağlı güzəştə getməyəcək. Eyni şeyi Azərbaycanın mövqeyi ilə də bağlı deyə bilərik. Ola bilər, kimlərsə düşünürdü ki, Türkiyə rəhbərliyi Azərbaycanın razılığını almadan və mövqeyini bölüşmədən İrəvanla yaxınlaşmaya gedəcək... Onlar yanılıblar”,- deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri öz tarixində ən yüksək səviyyəsinə çatıb: “Xüsusilə də Şuşa bəyannaməsindən sonra, Azərbaycanın ərazi bütövlüyünün qarantı kimi çıxış edən Türkiyənin Ermənistan tərəfi ilə hər hansı şərtsiz yaxınlaşmasından söz gedə bilməz. Türkiyənin özündə də başa düşürlər ki, uğursuz “futbol diplomatiyası”nı təkrarlamağın mənası yoxdur. Zəngəzur dəhlizi olmadan da, Ermənistanla münasibətlər Türkiyəyə heç bir perspektiv vəd etmir”.

T.Abbasov əlavə edib ki, Ermənistan hökuməti beynəlxalq arenada hüquqi subyekt kimi çıxış etmək üçün, ilk növbədə özünün qonşuluq siyasətinə redaktələr etməlidir: “Türkiyə və Azərbaycana qarşı ittihamlara son verilməli, “soyqırım” iddiaları və Zəngəzur dəhlizi ilə bağlı addım atılmalıdır. Paşinyanın heç bir siyasi çəki daşımayan son açıqlamaları onu deməyə əsas verir ki, bu adam əslində hər şeyi dərk edir, sadəcə olaraq, publikaya oynayır. Əlbəttə, onun Ərdoğana deyəcəkləri var... Lakin Azərbaycanla problemləri həll etmədən, ən azından bu yöndə heç bir addım atmadan, Ərdoğanla Paşinyan arasında görüşün heç bir mənası olmayacaq”.

Politoloqun fikrincə, Ermənistanın baş naziri öz ölkəsinin cəmiyyətini də bu proseslərə hazırlamalıdır: “O, bunu dərk edir, bilir ki, Zəngəzur dəhlizi Ermənistanın özünə də lazımdır. Sadəcə, cəmiyyəti hazırlamaq üçün nə etməli olduğunu özü də bilmir. Paşinyan hakimiyyəti bu istiqamətdə qətiyyət və siyasi iradə yürütməkdə çətinlik çəkir”.

Son xəbərlər

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Almaniyada hər ay 15 min iş yeri bağlanır

“Çirkin”in aktyoru nişanlandı - FOTO

Sözün Hikmət günəşi, hər zaman əlahəzrət sözlərinlə günəş parlaqlığında qal...

Doğum gününüz mübarək olsun, əziz Ana! - FOTOLAR

SÖZÜN RƏNGİ, SƏSİ VƏ ƏTRİ...

Dənizdə batan Ümid müstəntiq işləyirmiş

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları – Həkim məsləhəti

Xəzər dənizində zəlzələ olub

Bakıda evdə meyit tapıldı

Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarıldı

Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpıldı - 2 pilot həlak oldu

Dünyanın NAĞIL KİMİ 15 mənzərəsi

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu - Ölən var

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.

Bal yeyərkən bunlara diqqət edin!

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edildi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031