Gömrükçülər iki fakt üzrə 133 kiloqramdan çox narkotik vasitə aşkarlayıb18 sentyabr Gömrükçülər tərəfindən iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.

Turaztv.az xəbər verir Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə gedən, həmin ölkənin vətəndaşının idarə etdiyi 76DH649/76DH114 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində 26 kisədə, ümumi çəkisi 19 min 230 kiloqram olan qara rəngli süngər (pemza) daşı yükünün içində 68 kiloqram 390 qram narkotik vasitə - tiryək aşkarlanıb.

Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə getmək üçün giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə vətəndaşının idarə etdiyi 76DF619/76DH576 dövlət nömrə nişanlı “Man” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə 26 kisədə, ümumi çəkisi 19 min 790 kiloqram olan qara rəngli süngər daşlarının içindən 65 kiloqram 20 qram narkotik vasitə - tiryək aşkar edilib.

Hər iki fakt üzrə oxşar gizlətmə üsulundan istifadə edilib. Belə ki, ümumi çəkisi 133,4 kiloqram olan narkotik vasitə qarışdırıldığı süngər daşları ilə eyni formaya salınmaqla aşkarlanması çətinləşdirilmiş halda olub.

Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

Gömrükçülər iki fakt üzrə 133 kiloqramdan çox narkotik vasitə aşkarlayıb
Gömrükçülər iki fakt üzrə 133 kiloqramdan çox narkotik vasitə aşkarlayıb

Son xəbərlər

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Ömrünü həqiqətə həsr edən ziyalı

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31