AzTU ilə Ankara Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıbAzərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Ankara Universiteti arasında kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı haqqında müqavilənin onlayn imzalanma mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a AZTU-dan məlumat verilib.

Bildirilib ki, müqaviləyə əsasən, 2022/2023-cü tədris ilindən hər iki ali məktəbin bakalavriat səviyyəsinə Kompüter mühəndisliyi ixtisası üzrə qəbul olunan tələbələr bu proqramdan yararlana biləcək.

Tələbələr I və II kursu Azərbaycanda, III və IV kursu isə Türkiyədə təhsil alacaq. Tədris proqramını müvəffəqiyyətlə başa vuran tələbələrə AzTU və Ankara Universitetinin diplomları təqdim olunacaq.

Tədbirdə Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, AzTU-nun rektoru Vilayət Vəliyev və hər iki ali məktəbin prorektorları, dekanları, müvafiq strukturların rəhbərləri iştirak edib.

Rektorlar Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqlənmiş ikili diplom proqramı haqqında müqavilənin imzalanması münasibətilə təbriklərini çatdırıb və bundan sonra görüləcək işlər haqqında fikirlərini bildiriblər. Çıxış zamanı rektorlar imzalanan ikili diplom proqramı haqqında müqavilənin bir illik gərgin əməyin nəticəsində əldə olunduğunu xüsusi vurğulayıblar.

Türkiyədə səfərdə olan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov tədbirdə qonaq qismində iştirak edib. Akademik Əhliman Əmiraslanov imzalanan müqavilənin qardaş ölkələrin universitetləriüçün çox əhəmiyyətli olduğunu bildirib. O, hər iki universitetin rektoruna və kollektivinə uğurlar arzulayıb.
AzTU ilə Ankara Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıbü

Son xəbərlər

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Almaniyada hər ay 15 min iş yeri bağlanır

“Çirkin”in aktyoru nişanlandı - FOTO

Sözün Hikmət günəşi, hər zaman əlahəzrət sözlərinlə günəş parlaqlığında qal...

Doğum gününüz mübarək olsun, əziz Ana! - FOTOLAR

SÖZÜN RƏNGİ, SƏSİ VƏ ƏTRİ...

Dənizdə batan Ümid müstəntiq işləyirmiş

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları – Həkim məsləhəti

Xəzər dənizində zəlzələ olub

Bakıda evdə meyit tapıldı

Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarıldı

Almaniyada yüngülmühərrikli təyyarə yaşayış evinə çırpıldı - 2 pilot həlak oldu

Dünyanın NAĞIL KİMİ 15 mənzərəsi

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu - Ölən var

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.

Bal yeyərkən bunlara diqqət edin!

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edildi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031