
Xəbərlər
14.09.2021, 12:26
Goranboyda içərisində hərbçilər olan maşın aşdı - Yaralılar var

Goranboyda içində hərbçilərin olduğu minik maşını aşıb.
Hadisə Şəfəq kəndi yaxınlığından keçən yolda baş verib. "Vaz" 2115 markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan 2 nəfər Gəncə xəstəxanalarından birinə çatdırılıb.
Onların hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













