
“SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başa çatıb
Sentyabrın 12-də Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başa çatıb.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, üç gün davam edən turnirdə qurumun, “Dənizçi”, “Xəzər Yaxt”, “Windsurfing Baku” klublarının 9-42 yaş arası yelkənçiləri və külək sörfçiləri iştirak ediblər. "Optimist” sinfi üzrə 9-15, "Ilca-4” sinfi üzrə 15-18, "Ilca-7” və "Open Windsurf” sinifləri üzrə isə 18 yaşdan yuxarı idmançılar qalibiyyət uğrunda mübarizə aparıblar. Turnirdə 35 idmançı iştirak edib.
Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq etdiyi yarışın son günü qaliblərin 4 qrup üzrə mükafatlandırılması mərasimi keçirilib. Turnirin bütün iştirakçılarına isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycanda “SFA Federasiyası Kuboku 2021” yarışı artıq 5 ildir təşkil olunur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










