Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən “Qafqazinfo”ya bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan binası, 4206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5211 nəzarətçi, 762 buraxılış rejimi əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 28 min 507, III ixtisas qrupu üzrə imtahanda isə 28 min 340 nəfər olmaqla, ümumilikdə 56 min 847 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 82 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Son xəbərlər

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930