Antibiotiklərə qarşı davamlılığın təhlükələriAntibiotiklərə qarşı davamlılıq və ya rezistentlik - mikroorqanizmlərin, o cümlədən patogenlərin bir və ya daha çox antibakterial preparatın təsirinə qarşı özünümüdafiə xüsusiyyətidir. Antibiotiklərə qarşı rezistentliyin yaranması prosesi paralel olaraq mikroorqanizmlərin həmin preparatlara qarşı həssaslığının azalması ilə müşayiət olunur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, K. Əliyeva, Ç. Əliyeva və Ş. Məmmədovanın hazırladığı maarifləndirici məqalədə bəhs olunur.

Təsnifatına görə rezistentliyin mikroorqanizmlərdə təbiətən mövcud olan təbii, genetik mutasiya nəticəsində yaranan və genlərarası mübadilə ilə qazanılan növləri mövcuddur. Antibiotiklərin istifadəsi ilə mikroorqanizmlərdə yaranan rezistentlik elementləri multirezistentliyə (çarpaz rezistentlik) səbəb olur. Dinamik olaraq davam edən həmin proses ekoloji mühit və insan sağlamlığının təmin olunması baxımından qlobal problemə çevrilib. Bir neçə antibakterial preparata qarşı davamlı olan mikroorqanizmlər multirezistent (polirezistent) və ya “superbakteriyalar” adlanır.

Qeyd etmək lazımdır ki, antibiotiklərə qarşı davamlı olan infeksion xəstəlik törədiciləri dünyada hər il milyonlarla insanın həyatına son qoyur. Müasir dövrdə antibiotikorezistentlik faktoru ilə əlaqədar olaraq əhali arasında bir sıra təhlükəli yoluxucu xəstəliklərin, xüsusilə multirezistent patogenlər tərəfindən törədilən infeksiyaların qarşısının alınması mümkünsüz hala çevrilib.

Məlum olduğu kimi, müxtəlif mikroorqanizm növlərində tətbiq olunan preparatlara qarşı spesifik rezistentlik formalaşır (göbələklərdə göbələk əleyhinə preparatlara, viruslarda virus əleyhinə preparatlara, ibtidailərdə protozoa əleyhinə preparatlara və bakteriyalarda antibakterial preparatlara qarşı). Mahiyyət etibarilə bakteriyalarda antibiotiklərə qarşı yaranan rezistentlik qlobal əhəmiyyət kəsb edir. Belə ki, uyğun tərkib və ya təsir mexanizminə malik olan antibiotiklərin səhiyyə ilə müqayisədə baytarlıqda, qida sənayesində və kənd təsərrüfatının digər sahələrində çox istifadə olunması məhz bakterial rezistentliyə səbəb olduğundan insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit üçün yüksək risk təşkil edir. Həmin proses rezistent patogenlərin yaranması ilə yanaşı, həmçinin yayılması baxımından da təhlükəli hesab olunur. Odur ki, bəşəriyyət üçün törədə biləcəyi təhlükələr nəzərə alınmaqla antibiotiklərin istifadəsi ilə bağlı WHO, OIE və FAO kimi beynəlxalq təşkilatlar tərəfindən qlobal strategiyaya uyğun olaraq antibiotikorezistentliyə qarşı mübarizə tədbirləri çərçivəsində “Vahid dünya – Vahid sağlamlıq” konsepsiyasının prinsipləri əsasında tənzimlənmələr həyata keçirilir.

Qeyd edək ki, rezistent bakteriyaların heyvan populyasiyasından insan populyasiyasına ötürülməsi başlıca olaraq heyvan mənşəli qida məhsullarının (süd, ət, yumurta və s.) istehlakı, heyvanlarla təmas və ya ətraf mühit vasitəsilə baş verir. Nəzərə almaq lazımdır ki, antibiotiklərin heyvandarlıqda terapevtiki və profilaktiki məqsədlər üçün qeyri-rasional istifadəsi, eləcə də boy stimulyatoru kimi tətbiqi rezistentliyin artmasına səbəb olur. Həmin proses eyni zamanda istifadə olunan antibiotiklərin farmakoloji sinfindən asılıdır. Məsələn, qlikopeptidlər, sefalosporinlər və xinolonların tətbiqi ilə MRSA (methicillin-rezistent staphylococcus aureus) infeksiyalarının artması aşkarlanıb.

Rezistentliyin müxtəlif səbəblərdən (mikroorqanizmin antibiotikin nüfuz edə bilməyəcəyi quruluşa malik olması, mikroorqanizm tərəfindən antibiotikin qeyri-aktiv formaya çevrilməsi, genetik mutasiya, gen mübadiləsi və s.) yaranması barədə ədəbiyyat məlumatlarına rast gəlinir.

Antibiotiklərin bakteriyaların hüceyrə divarını zədələməsi, zülal və nuklein turşuları sintezini əngəlləməsi, hüceyrə membranı keçiriciliyini pozması, həmçinin antimetabolik xüsusiyyəti ilə əlaqədar təsir mexanizmləri mövcuddur.

Rezistom kimi tanınan rezistent genlərin patogen bakteriyalar tərəfindən horizontal olaraq ekosistemdə yayılması intensiv baş verir. Əczaçılıq və tibb müəssisələrindən, eləcə də heyvandarlıq təsərrüfatlarından tullantı suları ilə çay və dənizlərə axıdılan antibiotik qalıqları isə rezistentliyin su mühitində yayılmasına təkan verir.

Beləliklə, ekoloji sistemin tarazlığını antibiotikorezistentliyin mənfi təsirlərindən qorumaq üçün ilk növbədə antibiotiklərə dair əhali arasında aparılan maarifləndirmə tədbirləri gücləndirilməlidir. Həmçinin həmin preparatların baytarlıq sahəsində kortəbii istifadəsinə yol verilməməli, infeksiyalar zamanı antibiotiklərin minimum və effektiv tətbiqinə nail olunmalı, tibdə kritik əhəmiyyət kəsb edən antibiotiklərin heyvandarlıqda istifadəsinə yol verilməməli, biostimulyator kimi və profilaktik məqsədlər üçün antibiotiklərin istifadəsi məhdudlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, heyvan rifahının təmin edilməsi və infeksiyalara qarşı peyvəndləmə tədbirlərinin təkmilləşdirilməsi ilə antibiotiksiz heyvan mənşəli qida məhsulları istehsalına nail olunması qida təhlükəsizliyinin əsas hədəflərindəndir.

Son xəbərlər

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Ağ Ev İranla müharibənin bitdiyini Konqresə təqdim etdi

Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Media: Tramp Konqresə İrandakı əməliyyatın başa çatdığını bildirib

Şəkidə eyni məktəbin iki şagirdi müksimum bal topladı

Prezidentin qızı və gəlini “Tağıyev: Məktəb” filminin təqdimatında - FOTOLAR

"Taşacak bu deniz"lə bağlı dəyişiklik

1 Maydan geriyə qalan - Fotolar

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031