Dövlət Turizm Agentliyi “Lahıc” Dövlət Tarix–Mədəniyyət Qoruğuna mediatur təşkil edilibAvqustun 10-da Dövlət Turizm Agentliyi kütləvi informasiya vasitələrinin 50-yə yaxın əməkdaşının və səyahət blogerlərinin iştirakı ilə “Lahıc” Dövlət Tarix–Mədəniyyət Qoruğuna mediatur təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediatur ictimaiyyəti və KİV nümayəndələrini ölkəmizdə turizmin bərpası və xüsusilə yay mövsümündə turizmin inkişafı istiqamətində görülən işlər, yeni turizm məhsulları və layihələr haqqında məlumatlandırmaq, mövcud turizm dəhlizlərinin imkanlarını geniş auditoriyanın diqqətinə çatdırmaq məqsədilə təşkil olunub.

Mediatur çərçivəsində jurnalistlərə 2020-2021-ci illərdə Azərbaycanda yaradılan yeni turizm məhsulları haqqında ətraflı məlumat verilib, Bakı-Şimal-Qərb dəhlizinin təqdimatı keçirilib. Bununla yanaşı, Azərbaycanın regionlarında ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq və müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək məqsədini daşıyan “Mymenu” platforması barədə məlumat verilib.

Mediaturda iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya ilə əlaqədar ölkədə həyata keçirilən müəyyən yumşalmalardan sonra turizmin bərpasında əhəmiyyətli irəliləyişin olduğunu, xüsusilə daxili turizmdə, regionlarda canlanmanın baş verdiyini bildirib. Sədr bir sıra xarici ölkələrlə Azərbaycan arasında uçuşların bərpasının da turizmin inkişafına dəstək verəcəyini vurğulayıb.

Vətən müharibəsi zamanı işğaldan azad olunan ərazilərdə yeni layihələrin, turizm marşrutlarının işlənib hazırlandığını deyən Fuad Nağıyev bu istiqamətdə Agentliyin digər dövlət qurumları ilə sıx əlaqədə olduğunu və əməkdaşlıq etdiyini bildirib.

Mediatur çərçivəsində jurnalistlər “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan təmir-bərpa işləri, gələcəkdə nəzərdə tutulan plan və layihələr haqqında ətraflı məlumatlandırılıb. KİV təmsilçiləri üçün misgərlik və xalçaçılıq sənətləri üzrə ustad dərsləri də təşkil edilib.

Dövlət Turizm Agentliyi “Lahıc” Dövlət Tarix–Mədəniyyət Qoruğuna mediatur təşkil edilib
Dövlət Turizm Agentliyi “Lahıc” Dövlət Tarix–Mədəniyyət Qoruğuna mediatur təşkil edilib
Dövlət Turizm Agentliyi “Lahıc” Dövlət Tarix–Mədəniyyət Qoruğuna mediatur təşkil edilib
Dövlət Turizm Agentliyi “Lahıc” Dövlət Tarix–Mədəniyyət Qoruğuna mediatur təşkil edilib

Son xəbərlər

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Rusiya bu ölkələrlə sərhəddə hərbi bazalarını artırır

Prezidentlikdən istefa verəcəyini bildirdi

Cəlilabadda müəllim dünyasını dəyişdi

Araz Nəsirov TƏBİB-dən getdi

“Son zəng”də bunlar qadağandır - Rəsmi

80 illik yubileyinə bunu hədiyyə istəyir

İSMAYILLI-TALISTAN VƏ AŞIQ ELMAN YARADICILĞI- FOTOLAR

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı

"İnternlər"in aktrisası vəfat etdi

Ölkəsində qəhrəman kimi qarşılandı...

Gədəbəyə dolu yağdı - Fotolar

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930