Gənclər Vətən müharibəsinin iştirakçıları ilə görüşüblərNaxçıvan şəhərində gənclər Vətən müharibəsinin iştirakçıları ilə görüşüblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə çıxış edən muxtar respublikanın gənclər və idman nazirinin müavini Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru Cabi Quliyev 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbəmizdən, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və bacarığından, qətiyyətli mövqeyindən, qəhrəman əsgər və zabitlərimizin rəşadətindən söz açıblar. Çıxışlarda ölkəmizdə aparılan gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərdə Vətənə sevgi və bağlılıq hisslərinin aşılanması, onların layiqli vətəndaş kimi formalaşması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb, şəhid ailələri və müharibə iştirakçıları ilə təşkil olunan görüşlərin bu baxımdan əhəmiyyətli olduğu diqqətə çatdırılıb.

Muxtar respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti, kapitan Nurlan Məhərrəmov görüşdə iştirak edən hərbçilərimiz barədə məlumat verib. Hərbçilərdən Tural Tağıyev və Elxan Babayev göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Gəncləri maraqlandıran sualların cavablandırıldığı görüşdə hərbçilərimiz döyüş xatirələrini bölüşüb, Vətən-yurd eşqi ilə yaşamağın, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu vurğulayıblar.

Görüş muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Gənclər Vətən müharibəsinin iştirakçıları ilə görüşüblər
Gənclər Vətən müharibəsinin iştirakçıları ilə görüşüblər
Gənclər Vətən müharibəsinin iştirakçıları ilə görüşüblər
Gənclər Vətən müharibəsinin iştirakçıları ilə görüşüblər

Son xəbərlər

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031